Şrift:
DSMF-nin xərcləri 230 milyon manat artıb
13.10.2022 [08:48] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 2,8 faiz və ya 116 mln. manat çox olmaqla 4 mlrd. 237 mln. manat təşkil edib.

Nazirlikdən verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-sentyabr aylarında proqnoza nisbətən 3,6 faiz və ya 114 mln. manat artaraq 3 mlrd. 302 mln. manat olub.
DSMF-nin xərcləri isə 3 mlrd. 893 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz və ya 230 mln. manat çoxdur.
Bu xəbər oxucular tərəfindən 1723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed