Şrift:
Şahmatçımız erməni rəqibini məğlub edib
21.10.2022 [07:09] - Gündəm, İdman
İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.

Ağ fiqurlarla oynayan 19 yaşlı qrosmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən G.Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə edib.

O, hazırda 6,5 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed