Şrift:
Azərbaycan nefti bahalaşır
28.10.2022 [06:43] - Gündəm, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 97,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 95,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,95 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 95,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed