Şrift:
Ötən il neft hasilatı azalıb
18.01.2013 [11:57] - İqtisadiyyat
Ötən il ərzində Azərbaycanın sənaye sahələrində 33,9 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ilində sənayenin qeyri-neft sektorunda 7,8% artım, neft sektorunda isə 4,2% azalma müşahidə olunub: «İstehsalın 75,4%-i mədənçıxarma, 18,9%-i emal, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib».
Ötən il qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsulları, dəri və dəri məmulatları, ayaqqabıların, tikinti materialları, metallurgiya, hazır metal məmulatları, elektrik avadanlıqları, mebel, elektrik enerjisi və s. məhsulların istehsalında daha çox artım əldə edilib. Bununla yanaşı, 2012-ci il ərzində ölkədə neft hasilatı 43 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 mlrd. kubmetr təşkil edib ki, 2011-ci illə müqayisədə neft hasilatı 5,3% azalıb, qaz hasilatı isə 5,4% artıb.
Bu xəbər oxucular tərəfindən 1265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed