Şrift:
Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür
16.12.2022 [10:31] - Gündəm, İqtisadiyyat
Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür.

Bu barədə “Mastercard”ın baş direktoru Avşar Gürdal deyib.

“Biz Azərbaycanda 4 tərəfdaş bank ilə kartla sadələşdirilmiş pul köçürmələrinin tətbiqi istiqamətində çalışırıq. Eyni zamanda, elektron ticarət sahəsinin daha da böyüyəcəyini proqnozlaşdırırıq və bu əməliyyatların daha da mükəmməlləşdirilməsi üzərində işləyirik. Hazırda dünyada baş verən ödəmələrin sinxronlaşdırılmasına nəzər salsaq, Azərbaycanda rəqəmsal iqtisadiyyat üçün böyük potensialın olduğunu qeyd etmək mümkündür. Ümumiyyətlə, “Mastercard” olaraq Azərbaycandakı fəaliyyətimizin əsas hədəfi hazırda kart ödənişlərinin şəxsi istehlak xərclərində 25 faiz təşkil edən payını davamlı şəkildə artırmaqdır”, - deyə baş direktor qeyd edib.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed