Şrift:
Ərdəbildə şairlər məclisi tətil edilib
30.01.2013 [11:08] - Güney Azərbaycan xəbərləri
2013-cü il yanvarın 28-də Ərdəbil şəhərinin şairlər məclisi tətil edilib.


Şairlər məclisi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin göstərişi əsasında Fərhəng və İrşad İdarəsi tərəfindən tətil edilib.

Buna səbəb məclis üzvlərinin bəzilərinin türk dilində şeir deməsi və türk dili şeirinə marağın artması göstərilir. Bu barədə “Savalan port” saytı məlumat yayıb.


Bütün bunlar o halda baş verir ki, bir müddət öncə Ərdəbilin İmamcüməsi guya ana dilinə olan bağlılığından və azərbaycanlıların ana dili hüququndan danışmışdır. Əgər bunlar təbliğ naminə deyilməyibsə, yəqin ki İmamcümənin şairlər məclisinin tətil edilməsinə reaksiyası (əksüləməl) kəskin olmalıdır.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed