31.01.2013 [11:34] - Xəbərlər, Sosial
Azərbaycanın Milli Qurtuluş Hərəkatının ideoloqunun həyat və fəaliyyətinin xronologiyası
Neçə illərdir ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı araşdırmalar aparıram. Hər dəfə tədqiq etdikcə yeni məlumat və faktlarla rastlaşıram. Bu bir daha təsdiqləyir ki, Rəsulzadənin həyatının hər anı Azərbaycanla, onun istiqlalı və azadlığı ilə bağlı olub. Bunu nəzərə alıb Rəsulzadənin həyat və fəaliyyəti haqda ensiklopedik xarakterli böyük həcmli bir kitabı nəşrə hazırlamışam. Bu kitab həm də Türkiyə, Almaniya, Polşa, Rusiya və Qazaxıstanda apardığım tədqiqatların yekunudur. Təbii ki, zaman ötdükcə, imkanlar genişləndikcə bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin daha yeni məqamları arxivlərdən tapılıb ictimaiyyətə çatdırılacaq. Hazırladığım kitabdan bir hissəni Rəsulzadənin anadan olmasının 128-ci ilində 31 yanvar günündə təqdim edirəm.
1884, 31 yanvar - Novxanı kəndində anadan olub
1901-1903 - Bakıda Sultan Məcid Qənizadənin əsasını qoyduğu və müdirlik etdiyi II rus-müsəlman məktəbində, sonra isə Bakı Texniki Məktəbində rus dilində təhsil alıb
1903 - Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradır
1903, 2 may - “Şərqi-Rus” qəzetində ilk məqaləsi çap edilir
1904 - Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial-Demokrat Təşkilatının yaradıcılarından olur
1904 - Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti nəşr edilir
1906 - “Dəvəti-Qoç” və “Dəvət” qəzetlərində yazısı çap edilir
1906, 5 yanvar - “İrşad” qəzeti ilə əməkdaşlıq edir
1906, 16 dekabr - “Təkamül” qəzetində yazısı çap edilir
1907 - Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin ”Türki-rusi və rusi-türki lüğəti" kitabının redaktoru olur
1907 - A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəəsində çap etdirir
1907 - Bolşeviklərin məqsədləri ilə, onların Rusiya imperiyasının sərhədlərini saxlamaq istəyi ilə razılaşmayıb RSDFP-dən uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı, milli istiqlal hərəkatının təməl daşlarını qurmağa başlayır
1907, 22 avqust - “Yoldaş” qəzetində məqaləsi çap edilir
1907, 12 oktyabr - “Füyuzat” jurnalında “Həsbi-hal” şeiri çap edilir
1908, 7 aprel - “İrşad” qəzetinin müvəqqəti redaktoru olur
1908, avqust - Təbrizə gedib məşrutəçilərlə görüşür
1908, 19 avqust - “Tərəqqi” qəzetində “İrana dair, Təbriz əhvalatı” başlıqlı yazısı çap edilir
1908, 16 sentyabr - Bakıya qayıdır, “Tərəqqi”də “Cümə məktəbi” yazısını çap etdirir
1908 - “Nicat” maarif cəmiyyətinin sədri olur
1908, 5 dekabr - “Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur
1908 - əmisi qızı Ümbülbanu xanımla ailə qurur
1909, 18 mart - çar Rusiyası tərəfindən təqib edilir. “Tərəqqi”nin müxbiri kimi həm də İran inqilabçılarına dəstək üçün İrana, Rəştə gedir. O, İrana “Russkoye slovo” qəzetinin (1895-1917-ci illərdə Moskvada gündəlik nəşr edilib) xüsusi müxbiri olan Todorov və onun xanımı ilə birgə gedir. Təbriz, Ərdəbil, Mərənd və Tehranda olur. “Tərəqqi”də “İran məktubları” yazısını çap etdirir
1909, 23 avqust - Tehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edir
1910, sentyabr - İran Demokrat Partiyasının yaradıcılarından biri olur
1910 - Tehranda farsca “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri çap edilir
1911 - Ərdəbildə farsca “Səadəti-bəşər” kitabı çap edilir
1911, iyun - çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran məşrutə hərəkatının məğlub olması üzündən yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir. İrandan getməyinin bir səbəbi də onun “İrani-Nov” qəzetində məşhur Amerika milyonçusu Morqan Susterlə nəşr etdiyi siyasi müsahibə olur. Bundan sonra Rusiya səfirliyi ona təzyiq göstərir
1911, iyun-iyul - İstanbula gedir. Az sonra orada fəaliyyətə başlayan “Türk yurdu” jurnalı, “Türk ocağı” təşkilatı ilə sıx əməkdaşlıq edir
1911, oktyabr - Rəsulzadənin dostlarına məktublardakı fikirləri də əsas götürülərək Bakıda Məhəmməd Əli Rəsuloğlu, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən Müsəlman Demokrat Partiyası - Müsavat qurulur
1911 - Rəsulzadənin “Türk yurdu”nda, az sonra “Səbilür-Rəşad” məcmuəsində “İran türkləri” əsəri çap edilir
1912 - C.Əfqaninin “Milli birlik fəlsəfəsi” əsərini farscadan çevirib “Türk yurdu”nda çap etdirir
1913 - Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra Bakıya qayıdır
1913, 28 aprel - “İqbal” qəzetində “Təzə kitablar” adlı yazısı çap edilir, yenidən ictimai-siyasi, mətbu fəaliyyətə başlayır
1913 - Müsavat Partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir
1913, 15-22 iyun - “Şəlalə” jurnalında “Asan dil - yeni lisan” məqaləsi çap edilir
1914 - “İqbal” qəzetinin baş redaktoru olur
1914, 12 aprel - “Bəsirət” qəzetinin ilk sayında məqaləsi çap edilir
1914, 16 sentyabr - “Dirilik nədir?”, “Milli dirilik” başlıqlı yazıları “Dirilik” jurnalında çap edilir
1915, 19 may - “Yeni iqbal” qəzetində Qars və Ərdəhandan olan türklərə yardım və onların hüquqlarının müdafiəsi məqsədli yazısına görə Bakı şəhər rəisinin əmri ilə şəhər dəftərxanasına çağırılaraq həbs edilir. “Yeni iqbal”ın 13-cü sayında onun məqaləsi çap ediləcək yer boş qalıb. Onun həbsi haqda “Yeni iqbal” qəzetinin 1915-ci il, 24 may sayında (N23) məlumat var
1915, 2 oktyabr - “Açıq söz” qəzeti onun redaktorluğu ilə nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk qəzet olur
1917, 15-20 aprel - Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında çıxış edir, müsəlmanlara ərazi muxtariyyəti verilməsi ideyasını irəli sürür
1917, 1-11 may - Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının qurultayında iştirak edir və irəli sürdüyü “ərazi muxtariyyəti” ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edilir
1917, may - Bakıda onun redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap edilir
1917, 17 iyun - lideri olduğu Müsavatla Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Türk-Ədəmi-Mərkəziyyət Partiyasının birləşmə qurultayı keçirilir. Rəsulzadə birləşmiş təşkilatın sədri seçilir
1917, 22 oktyabr - Bakı Şəhər Sovetinə keçirilən seçkilərdə Müsavat Partiyası 25 min seçicidən 10 min nəfərinin səsini alıb nüfuzunu təsdiq edir
1917, 26-31 oktyabr - Bakıda Müsavat Partiyasının I qurultayı keçirilir və Rəsulzadə partiya sədri seçilir
1917, 18 noyabr - Bolşeviklər Müsavatın Bakı Şəhər Sovetinə seçkilərdəki qələbəsini ləğv edir
1917, 26-28 noyabr - Zaqafqaziyada Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat müstəqil demokratik qrupla birgə (Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və s.) seçkidə Zaqafqaziya üzrə 615.816 (26,9%) səslə ikinci yeri tutur. Birinci yeri 1% səs çoxluğu ilə gürcü menşevikləri tutur
1918, 23 fevral - Tiflisdə Zaqafqaziya Seyminin ilk toplantısı keçirilir və Müsavat fraksiyasının (30 nəfərlə) lideri təsdiq edilir
1918, 1 aprel - ermənilərin və bolşeviklərin törətdiyi 31 mart soyqırımı ilə bağlı Zaqafqaziya Seymində sərt çıxış edir və ciddi münasibət bildirilməsini tələb edir
1918, 14-15 may - Zaqafqaziya nümayəndə heyətinin tərkibində Batuma gedir və regionun siyasi gələcəyi ilə bağlı Almaniya və Türkiyə hökuməti təmsilçiləri ilə mürəkkəb danışıqlar aparır
1918, 27 may - Zaqafqaziya Seyminin mayın 26-da özünü buraxması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə bağlı Seymin azərbaycanlı üzvləri Azərbaycanın idarə olunmasını üzərinə götürən Azərbaycanın Müstəqil Milli Şurasını yaradırlar. Gizli səsvermə ilə (24 nəfərin iştirakı ilə 2 nəfər əleyhinə olmaqla) 22 səslə Milli Şuranın sədri seçilir
1918, 28 may - Azərbaycan Milli Şurası 6 bənddən ibarət Azərbaycan İstiqlal Bəyannaməsini qəbul edir
1918, 4 iyun - Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk dostluq müqaviləsi imzalanır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti adından Rəsulzadə və Məhəmməd Hacınski imzalayır
1918, 17 iyun - Azərbaycan Milli Şurası ilhaqçıların təsirini azaltmaq, Nuru Paşa ilə münasibətləri pozmamaq, Azərbaycanın istiqlaliyyətini qorumaq məqsədilə öz fəaliyyətini dayandırır
1918, 18 iyun - Rəsulzadənin başçılıq etdiyi diplomatik heyət (A.Səfikürdski və X.Xasməmmədov) İstanbula Mərkəzi Avropa dövlətlərinin (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) yeni yaradılmış Qafqaz dövlətləri ilə əməkdaşlığı çərçivəsində konfransa gedir
1918, 26 iyun - Türkiyədə nəşr edilən “Təsviri-əfkar” qəzetində “Azərbaycan nümayəndə heyəti” başlıqlı yazıda Rəsulzadə ilə geniş mülakat verilir. Qəzetdə çap edilən fotonun altında isə Rəsulzadənin rəhbərliyində Xəlil Xasməmədov, Aslan bəy Səfikürdski və Əhməd bəydən ibarət Azərbaycan hökuməti nümayəndələrinin 25 iyunda İstanbula getdiyi bildirilir. Qəzetdə verilən təqdim yazısında Rəsulzadənin bir neçə il öncə İstanbulda olduğu və burada olarkən “Təsviri-əfkar” qəzetinin “İslam aləmi üzrə müxbiri” olduğu da qeyd edilir
1918, 22 iyul - İstanbulda nəşr edilən “Vakit” qəzetində “Kafkasya işləri: Rəsulzadə Mehmet Emin beyin beyanatı” başlıqlı yazı çap edilir
1918, 3 sentyabr - “Vakit” qəzetində Rəsulzadə başda olmaqla Azərbaycan nümayəndə heyətinin fəallığı ilə keçirilən tədbir haqda “Azərbaycan haqqında konfrans” başlıqlı yazı çap edilir
1918, 23 sentyabr - “Vakit” qəzetində Rəsulzadənin Almaniya və sovet Rusiyası arasında neft qarşılıqlı anlaşmasına və Bakının Azərbaycana aid olmadığına etiraz olaraq Almaniya səfir vəkili Konta (Valdeburqa) bir nota verdiyini bildirən “Azərbaycanın Almaniya hökumətinə notası” adlı yazı çap edilir
1918, avqust - İstanbulda olarkən İran konsulluğuna Azərbaycanın müstəqilliyi haqda bəyannamə göndərir. Konsulluq əməkdaşları isə Azərbaycan adlı dövləti tanımadıqları haqda məktubu geri qaytarır
1918, sentyabr - Rusiya və Almaniya arasında Azərbaycanın müstəqilliyini şübhə altına alan Brest-Litovsk sazişinə əlavə olunan 27 avqust razılaşmasına etiraz edir və Almaniyanın İstanbuldakı səfirinə etiraz bəyanatını çatdırır. “İqdam” qəzetində çıxış edir, “Bakısız Azərbaycan başsız bədəndir” deyir
1918, 6 sentyabr - Azərbaycanın xarici işlər naziri M.Hacınskiyə yazdığı məktubda Bakının azad edilməsinin həyati əhəmiyyət daşıdığını bildirir
1918, 15 sentyabr - Türkiyənin hərbi naziri Ənvər Paşa ona zəng edib Bakının alınmasını - Qurtuluş xəbərini verir
1918, oktyabrın sonu - İstanbuldan Bakıya qayıdır
1918, 16 noyabr - Rəsulzadənin rəhbərliyi ilə Milli Şuranın Bakıda ilk toplantısı keçirilir və Azərbaycan xalqına müraciət qəbul edilir
1918, 19 noyabr - Milli Şura Azərbaycan parlamentinin yaradılması haqda qanun qəbul edir
1918, 7 dekabr - Azərbaycan parlamentinin açılışında ilk çıxış edir. Məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini ilk dəfə orada səsləndirir. Parlamentdə ən güclü sayılan “Müsavat” fraksiyasına başçılıq edir. Parlamentdə iki komissiyada - Müəssisələr Məclisini çağırmaq və Maliyyə büdcə komissiyasında təmsil olunur
1919, 14 aprel - parlamentin 29-cu iclasında çıxış edib ermənilərin iddialarını rədd edir, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir
1919, 15 noyabr - Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti təsis edilir, burada tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxuyur
1919-1920 - parlamentdə fəal çıxış edir. 114 iclasın 60-da çıxış edir
1919, 2-12 dekabr - Müsavat Partiyasının II qurultayı keçirilir. Rəsulzadə partiyanın sədri seçilir
1920 - Bakıda “Azərbaycan” qəzetinin hökumət mətbəəsində Rəsulzadənin “Azərbaycan təşəkkülündə Müsavat” kitabı nəşr edilir
1920, 27 aprel - parlamentin son iclasında çıxış edir, bolşeviklərin təslimçilik xarakteri daşıyan ultimatumunu rədd edir. Elə həmin gecə onun məsləhəti ilə Müsavatın gizli mərkəzi yaradılır
1920, may - bolşeviklər Azərbaycanı işğal edəndən sonra təqib olunduğundan əvvəl Ramanada gizlənir, sonra isə Lahıca gedib orada qalır, məşhur “Əsrimizin Siyavuşu” əsərini yazır
1920, 17 avqust - Göyçay qəzasının Qaraməryəm kəndində bolşeviklər onu həbs edib Bakıya gətirir
1920, noyabr - Stalin Bakıya gəlir və Rəsulzadəni həbsdən azad edib Moskvaya aparır
1920-1922 - Moskvada ümumi nəzarət altında yaşayır. Stalinin başçılıq etdiyi Millətlər Komissarlığının “Jizni natsionalnostey” (“Millətlərin həyatı”) jurnalı ilə əməkdaşlıq edir, bir müddət Şərq Dilləri İnstitutunda fars və rus dillərini tədris edir
1922, iyun-iyul - elmi ezamiyyət adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya gedir. 15 gün fin əsgərlərinin nəzarətində qalır, bir müddət Helsinkidə yaşayır, oradan isə Fransaya gedir
...1955-ci il, 6 mart - Ankarada 71 yaşında həyata göz yumur, “Əsri” məzarıstanlığında dəfn edilir.
Nəsiman YAQUBLU

Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |