10.10.2023 [12:26] - Gündəm, Sosial
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3,7 milyard manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
9 aylıq daxilolmaların 2,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,8 % çoxdur.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 132,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 % artaraq 98,2 milyon manata çatıb.
9 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,3 % artaraq 683 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 % artaraq 480,9 milyon manat olub.

Bu xəbər oxucular tərəfindən 2830 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |