Şrift:
Azərbaycanda televiziya proqramlarının məzmununa görə bölgüsü açıqlanıb
22.12.2023 [10:01] - Gündəm, Mədəniyyət
Audiovizual Şura 2023-cü ilin noyabr ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə bölgüsünü açıqlayıb.

Şuradan verilən məlumata görə, proqram bölgüsü səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan verilişləri əhatə edib. Bu müddət aralığında yayımlanan verilişlər içərisində informasiya və analitik proqramların efirdə payı 25 faiz təşkil edib. Həmçinin reklam və sponsor təqdimatları 16,60 faiz, idman proqramları 15,30 faiz, musiqi və əyləncə janrında olan proqramlar 12,1 faiz, mədəni-maarif janrında proqramların isə efirdəki yeri 9,70 faiz təşkil edib. Məzmun bölgüsündə ən az paya malik olan proqramlar isə 0,4 faizlə uşaq proqramları olub.
Bu xəbər oxucular tərəfindən 6220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed