Şrift:
Yaponiyalı alimlər dünyada ilkə imza atıblar
05.03.2024 [10:49] - Gündəm
Yapon həkimlər dünyada ilk dəfə canlı donorlardan həm ağ, həm də qaraciyərlərin hissələrinin eyni vaxtda transplantasiyasını həyata keçiriblər.

18 saat davam edən əməliyyat noyabrda aparılıb və xəstə martın əvvəlində evə buraxılıb.

Xəstə 10 yaşlı uşaq olub. Onda anadangəlmə diskeratoz - mürəkkəb genetik xəstəlik aşkarlanıb. Bu xəstəliyin simptomları dərinin, selikli qişaların anomaliyaları, sümük iliyinin çatışmazlığı, bədxassəli xəstəliklərin inkişafıdır. Donorlar valideynlər və babası olub. Valideynlərdən ağciyərlərin sağ və sol hissələri, babadan isə qaraciyərin bir hissəsi götürülüb.

Bildirilib ki, həm xəstə, həm də donorlar özlərini normal hiss edirlər və həkim nəzarətinə ehtiyac duymurlar.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed