Şrift:
ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitab çap olunub
15.02.2013 [11:12] - Gündəm, Mədəniyyət
ABŞ-da “Cənubi Qafqazda öz müqəddəratını təyinetmə hüququ: Dağlıq Qarabağ kontekstdə” adlı kitab nəşr olunub.kitabın müəllifi Nyu-Yorkda yaşayan soydaşımız, hüquq elmləri doktoru Bəhruz Balayevdir.

Kitaba “Azərbaycan gündəliyi” əsərinin müəllifi, Montana Universitetinin professoru Tomas Qolts və hüquq professoru Ziqfrid Vissner öz söz yazıblar. Kitabda beynəlxalq hüquqda müqəddəratını təyin etmə və ərazi bütövlüyü anlayışları arasında münasibətlər Qafqaz regionu kontekstində nəzərdən keçirilib. Bu təhqiqat Qafqaz regionunda müxtəlif münaqişələri – Dağlıq Qarabağ, Cənubi Osetiya, Acarıstan, Abxaziya və Çeçenistan - əhatə edir və konfliktlərin müqayisəli təhlili aparılır.

Müəllif Dağlıq Qarabağ münaqişəsinin hüquqi statusunu analiz edir və diqqəti sovet psixologiyasına, Ermənistanın işğalçı siyasətinin hüquqi nəticələrinə cəlb edir.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed