Şrift:
Karbon qazından süni kərə yağı HAZIRLANDI
15.07.2024 [10:54] - Gündəm
Tanınmış iş adamı Bil Qeytsin rəhbərlik etdiyi şirkətin mütəxəssisləri karbon qazından süni kərə yağı sintez etməyi bacarıblar.
Amerikalı mütəxəssislər karbon qazı, oksigen və hidrogenin sintezi yolu ilə süni yağ turşuları hazırlamağa nail olublar. Bundan sonra əldə edilən məhsula qliserol, su və beta-karoten əlavə edilib. Laboratoriyada sınaq zamanı süni yağın kərə yağı ilə eyni dad verdiyi məlum olub.

Kərə yağı kənd təsərrüfatı məhsulları arasında ən çətin əldə edilənlər arasındadır. Şirkət rəhbərliyi iddia edir ki, onların ixtirası zəruri hallarda milyonlarla insanı yedizdirmək üçün istifadə edilə bilər.

Lakin hələlik bu məhsulun satışına rəsmi icazə verilmir.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed