Şrift:
Azərbaycanda çirkab suları üzərində nəzarət gücləndirilir
11.04.2013 [15:03] - Gündəm, Sosial
"Azərsu" ASC məişət tullantısı olmayan çirkab suları üzərində nəzarət xidməti yaradıb. Bu barədə cümə axşamı jurnalistlərə ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
"Bir şəhərdə paralel olaraq içməli və texniki su xətlərini çəkmək çox çətindir. Dünyada ikili su şəbəkələri nadir hallarda tikilir. Texniki su əsasən, belə suya tələb duyulan iri istehsalat və sənaye sahələrində lokal şəkildə çəkilir. Həmçinin suyu qarışdırmaq məqsədəuyğun deyil, çünki bu, iqtisadi və sanitar baxımdan səmərəli deyil", - Hüseynov deyib.
Onun sözlərinə görə, avtomobil yuma məntəqələrinə gəlincə, onlar müvafiq normativ və standartlara uyğun tikilməlidir. Burada məqsəd onların texniki suyu təkrar istifadə etmələridir. Ölkədə avtomobil yuma məntəqələrinin 90 faizinin tikintisində belə normativlərə riayət olunmayıb.
"Biz məişət tullantıları olmayan çirkab suları üzərində nəzarət xidməti yaratdıq. Biz artıq bu sahədə hazırlıq işləri görürük" , -Hüseynov bildirib.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed