12.04.2013 [14:00] - Gündəm, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyası qərargahında partiyanın sədri, Millət Vəkili Fərəc Quliyevin , Milli Dirşəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşəbbüsü ilə QAD-ın qadınlar şurasının fəalları ilə görüşü keçirilmişdir. Görüşdə , partiyanın qarşısında duran vəzifələr müzakirə edilmişdir. Millət Vəkili Fərəc bəyin çıxışı və tövsiyələri maraqla dinlənilmiş və qadınlar tərəfindən dəstəklənmişdir. Görüşdə bir çox məsələlərlə yanaşı dini və milli müstəvidə cəmiyyətimizə empozə edilən missioner davranışlar və bu davranışların qarşısının alınması məsələsi ətrafinda fikir mübadiləsi edlmişdir. Qadinlarımızın ictimayi həyatimizda rolu, gənclərimizin vətənpərvərlik, milliyyətçilik ruhunda tərbiyəsi, itirilmiş torpaqlarımızın qaytarılması istiqamətində milli düşüncənin gücləndirilməsi önə çəkilmişdir. Qərbi Azərbaycandan deportasiyaya məruz qalan insanlarımızın mübariz əhval ruhiyədə olduğu xüsusi ilə vurqulanmışdır. Cəmiyyətimizdə qadınların rolu, xüsusi ilə gənclərimizin dinə münasibəti , dini dəyərlərin düzgün təbliğ edilməməsi , din pərdəsi altinda milli mənəvi dəyərlərimizə zərbə vurmaq istəyən dövlətimizə düşmən olan ölkələrin təsir dairəsinin azaldilmasi istiqamətində işlərin görülməsi vacib hesab edlmiş, analarımızın övladlarının tərbiyəsi və dinimizin gənc nəsilə kənar təsirlərdən uzaq və düzgün öyrədilməsi istiqamətində görülməsi vacib olan, partiyanın bu istiqamətdəki proqramları müzakirə edilmişdir.
Görüş yüksək əhval-ruhiyyə şəraitində keçmişdir.
Görüşün sonunda xanımlara Fərəc Quliyevin kitablari hədiyyə edilmişdir.
MDHP Mətbuat Xidməti
Görüş yüksək əhval-ruhiyyə şəraitində keçmişdir.
Görüşün sonunda xanımlara Fərəc Quliyevin kitablari hədiyyə edilmişdir.
MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |