Şrift:
Mətbuatda gedən yanlış informasiyalara MDHP Mətbuat Xidməti cavab verdi.
22.04.2013 [17:31] - Xəbərlər, Siyasi partiyalar
Bugün qaynar.info, azadinform.az , azxeber.com və s. saytlarında belə bir informasiya gedib: - “Fərəc Quliyevin partiyasında istefa dalğası davam edir. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənli tutduğu vəzifədən istefa verib."

Bu xəbəri Seymur Həsənlinin facebook profilinə istinad ediblər. Biz hansı statusa istinad olunduğunu bilmirik, amma Seymur Həsənli bu məsələyə 15 aprel tarixində Facebook səhifəsində aydınlıq gətirib. Statusu olduğu kimi veririk:

"Seymur Həsənli 15 Aprel

Fərəc bəylə şəxsi münasibətlərim, dostluğum öz yerində, amma bu gün rəsmi olaraq Milli Dirçəliş Hərəkatı Partiyası ilə yollarımı ayırdım. Səbəb sırf şəxsi problemlərimlə bağlı idi. Kimsə nəyisə harasa yozmağa qalxmasın qətiyyən. Uğur olsun MDHP-dəki bütün dostlarıma! Hər zaman birlikdəyik milli davada! DAVAM!

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed