Şrift:
Vətəndaşlar iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar artıq fərdi qaydada BMT-yə müraciət edə bilərlər
07.05.2013 [10:30] - Xəbərlər, Hüquq
Mayın 5-də BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktına əlavə olunan Fakultativ Protokol qüvvəyə minib.

BMT-nin xəbər mərkəzinin verdiyi məlumata görə, BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley bəyan edib ki, bununla Ümumdünya İnsan Haqları Bəyannaməsində əks olunan vahid və hərtərəfli beynəlxalq normativ arxitekturanın formalaşdırılması başa çatır. O bildirib ki, protokolun qüvvəyə minməsi ayrı-ayrı fərdlərin iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar BMT-yə müraciət etməsinə imkan yaradacaq.

Qeyd edək ki, BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktına əlavə olunan Fakultativ Protokol BMT Baş Assambleyası tərəfindən 2008-ci ilin dekabrında qəbul olunub. Paktın özü isə 1966-cı ildə qəbul edilib və 10 il sonra qüvvəyə minib.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed