Millət Vəkili Fərəc Quliyev:-Sürücülərə benzin talonu verilsin
Millət Vəkili Fərəc Quliyev:-Sürücülərə benzin talonu verilsin
Millət vəkili Fərəc Quliyevin çıxışının tam mətni:

Cənab sədr, hörmətli deputatlar! Mən Tarif Şurasının qiymət artımı ilə baglı qərarını dəyişəcəyinə, hökumətin buna cəhd edəcəyinə inanmıram. Çünki, qiymət artımı ilə bağlı anonslar olanda belə bir əsaslandirma olmuşdu ki, bu sektorda işləyənlərin maaşların artırılması üçün, qiymətlərin artırılması zərurəti yarana bilər. Ona görə, təkliflə çıxış etmək istəyirəm. Bu qiymət artımı əhaliyə olduqca pis təsir edəcək. Təsiri minimuma endirmək üçün müəyyən tədbirlərin görülməsi vacibdir. Əgər benzinin qiymət artımında əhaliyə təsiri azaltmaq istyiriksə, limit sistemi tətbiq etmək olar. Bütün avtomobil sahiblərinə ayda 150-200 litr ücün talonlar və ya kart vermək mümkündür. Yanacağa verilən bu limit qiymət artımından əvvəlki qiymətlərlə ödənər. Limitdən sonrakı sərfiyyat üçün ödəmə yeni qiymətlıərlə olar. Bu yanaşmada dövlət də heç nə itirməz, əksinə, əhalinin yükünü qismən azaldar, naraziliq xeyli azalar, avtomobil sahibləri qənaət çərçivəsini bilərlər. Əlbəttə, bu fikir əsas kimi götürülüb daha da cilalana bilər. Milli Məclis bir çox məsələlərdə beynəlxalq təcrübəyə istinad edir. Bu cür yanaşmalar da beynəlxalq təcrübədə var.
Müxalifət Prezidentin siyasi mədəniyyət barədə dedikləri ilə razılaşdı
Müxalifət Prezidentin siyasi mədəniyyət barədə dedikləri ilə razılaşdı
Prezidentliyə keçmiş namizəd, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Prezidentin məlum fikri ilə tam razıdır. Müsahibimizin sözlərinə görə, bu özünü daha çox son prezident seçkiləri zamanı keçirilən debatlarda göstərdi: "Namizədlərin davranışı, konseptual çıxışı, seçicilərlə görüşdə nümayiş etdirdikləri mədəniyyəti, rəqiblərə münasibətdə təmkinləri bunu deməyə əsas verir. Təbii ki, həmin debatlarda hər kəs eyni səviyyədə davranmırdı. Ümumi anlamda isə irəliləyiş hiss olunurdu. Namizədlərin əvvəlki seçkilərdən fərqli olaraq alternativ fikirlərə konseptual yanaşma bacarığı özünü büruzə verirdi. Fizikəl mübarizə metodlarından daha çox yaxşı idarəetmə platformasını ortaya qoymaq bacarığı da mədəni inkişafın artmasına dəlalət edir. Bu baxımdan da ölkə başçısının Azərbaycanda siyasi mədəniyyətin artması ilə bağlı dediyi fikri bəyənir və onu təqdir edirəm. Fikrimcə, əqidəyə, mənəviyyata söykənən siyasətə yalnız yaxşı qiymət vermək olar. İstənilən yarışın qaydalarına hörmət olunmalıdır. Son seçkilərdə biz bunu gördük".
Fərəc Quliyev: “Azərbaycan hərb yoluna əl atarsa...” – MÜSAHİBƏ
Fərəc Quliyev: “Azərbaycan hərb yoluna əl atarsa...” – MÜSAHİBƏ
- Ancaq hələ ortada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi və icra olunmayan qərarlar var...

Əlbəttə BMT-nin qəbul etdiyi qərarlar, qanunlar, davranış modelləri hamı üçün bərabərdirsə, onda ortaya sual çıxır ki, bəs Azərbaycanla bağlı qəbul edilən 4 qətnaməyə niyə əməl olunmur?! Halbuki həmin qətnamənin qəbulu üçün səs verən ölkələrdən biri məhz elə Amerika olub. BMT nizamnaməsinin 7-ci bəndinin 41, 42-ci paraqraflarında göstərilir ki, qətnamələrin həyata keçməsi üçün ya qeyri-hərbi sanksiyalar, ya hərbi sanksiyalar həyata keçməlidir. Azərbaycan da heç vaxt danışıqlar məsələsində tərəddüd etməyib. Biz “Dağlıq Qarabağ” probleminin sülh yolu ilə həlli üçün hər cür addımlar atmışıq. Amma buna sülh yolu vastəsilə nail olunmursa, niyə qeyri-hərbi sanksiyalar tətbiq olunmur? Azərbaycan torpaqlarını qaytarmaq üçün hərbi yola əl atacaqsa bu təqdir olunmalıdı. Hər bir ölkənin belə bir haqqı var. Amerikanın bir ərazisi işğal olunarsa necə davranacaq?!