Beynəlxalq Mətbuat Mərkəzində, “17 Noyabr - Milli Dirçəliş Günü” ilə bağlı böyük, möhtəşəm bir tədbir keçirildi. “17 Noyabr” tarixinin adını daşıyan Milli Dirçəliş Hərəkatı Partiyası sözügedən tarixə verdiyi dəyəri bu tədbirlə bir daha sübut etdi. Belə ki, Partiyanın 7 mayda başlatmış olduğu, Azərbaycan və Türkiyə universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr arasında “ən yaxşı yazı” müsabiqəsi sonuclandı və bu tədbirdə qaliblər mükafatlandırıldı.
Müsabiqənin mövzuları:
1. Azərbaycan-Türkiyə əməkdaşlığını zəruri edən şərtlər.
2. Bir millət iki dövlətdən - bir millət bir konfederativ dövlətə.
3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha dərin inteqrasiya modelləri.
4. Dövlətçiliyimizin sütunlarından biri-Türkçülük.
Bu dörd istiqamətdə qəbul edilən bütün yazılar kitab halında çap olunub tədbir iştirakçılarına paylandı. Qaliblərə diplom və pul mükafatı təqdim edildi. Belə ki,
1-ci yer - Əşrəf Əmirov
2-ci yer - Murad Atış (Türkiyədə təhsil alan Türkiyəli tələbə)
2-ci yer - Mehman Həsənov
3-cü yerə isə - Aysel İsazadə, Samir Nəbiyev, Şəhla Feyruzbəyli adlı gənclərin yazıları layiq görüldü.