Fərəc Quliyev Bütöv Azərbaycanın ən layiqli dövlət başçılarından biridir
Fərəc Quliyev Bütöv Azərbaycanın ən layiqli dövlət başçılarından biridir
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri, MDHP sədr müavini Əlirza Amanbəyli ilə müsahibə

Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu, 21 mart 1966-cı ildə İranın (Güney Azərbaycan) Təbriz şəhərində anadan olub. Orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986-1988-cı illərdə hərbi xidmətdə (İran-İraq muharibəsində) olub. 1989-cu ildə sovet hakimiyyəti dağılan zaman və bu hadisələrdən də çox qabaq İranda Azərbaycanlıların milli azadlığı yolunda siyasi, mədəni və ictimai fəaliyyət göstərib. Şimali Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatında (Sərhəd Hərəkatı) yaxından iştirak etmək üçün 1989-cu ildən 1993-cu ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub. Orada gedən proseslərdə yaxından iştirak edib.
Prezidentliyə namizəd FƏRƏC QULİYEVİN möhtəşəm  Sumqayıt görüşü
Prezidentliyə namizəd FƏRƏC QULİYEVİN möhtəşəm Sumqayıt görüşü
“Öndərimiz Elçibəy, Liderimiz Fərəc bəy!”
Milli Dirçəliş Hətəkatı Partiyasının Prezidentliyə namizədi Fərəc Quliyev 02.10.2013-cü il tarixdə Sumqayıt şəhərində izdihamlı və möhtəşəm görüş keçirdi. Fərəc Quliyev hakimiyyətin yürütdüyü siyasəti sərt tənqid etdi, problemlərdən qurtulmaq yollarını göstərdi.

Zal “Öndərimiz Elçibəy liderimiz Fərəc bəy !" şüarları ilə coşurdu.

Seçicilərin aktiv iştirakı ilə keçirilən görüş iki saat davam etdi. MDHP Gənclər Təşkilatının hazırladığı möhtəşəm final ilə görüş başa çatdı.
Seçki finalı yaxınlaşdıqca FƏRƏC QULİYEV və MDHP öz gücünü hər bölgədə göstərdi.

Şamaxı, Beyləqan və möhtəşəm Sumqayıt görüşləri göstərdi ki, MDHP və FƏRƏC QULİYEV cəmiyyətin tək seçimidir.

BİZ GƏLƏCƏYİK - SÖZÜN HƏR MƏNASINDA !

PREZİDENTLİYƏ NAMİZƏD QULİYEV FƏRƏC İBRAHİM OĞLUNUN SEÇKİ PLATFORMASI.
PREZİDENTLİYƏ NAMİZƏD QULİYEV FƏRƏC İBRAHİM OĞLUNUN SEÇKİ PLATFORMASI.
ƏZİZ SEÇİCİM, dəyişən regional və qlobal gerçəklər qarşısında, Azərbaycanda siyasi prioritetlər yenidən təyin edilməlidir. Qlobal planda söz sahibi ola biləcək, üstün xüsusiyyətli insan gücünü meydana gətirmək üçün Milli Dirçəliş Hərəkatı Partiyasının hazırladığı “Dirçəliş” layihəsini geniş əhatəli mütəxəssislər qrupunun koordinasiyası ilə gerçəkləşdirəcəyik.
Bu proqramın məqsədi:
cəmiyyət olaraq vəzifələrimizin və gücümüzün müəyyən olunması, milli hədəfin təyin olunması, strateji bir hərəkət planının hazırlanmasıdır. Söykənc yerimiz iç güclərimizdir!
Prezidentliyim dönəmində, Sizə güvənərək, bu proqramın arxasında güclü bir siyasi iradə ilə duracağam. Proqramın əsas tezislərini nəzərinizə çatdırıram.
Fərəc Quliyevin Ermənistan-Azərbaycan müharibəsinə baxışı
Fərəc Quliyevin Ermənistan-Azərbaycan müharibəsinə baxışı
Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi dünya dövlətləri tərəfindən müxtəlif cür adlandırılır. Kimisi bunu Qarabağ problemi adlandıraraq, burada ermənilərin milli özünütəyinetmə mübarizəsi apardığını, kimisi etnik qarşıdurma olduğunu, kimisi ermənilərə qarşı etnik dözümsüzlük göstərildiyini, kimisi ermənilərin tarixi haqları uğrunda mübarizə apardıqlarını irəli sürür; həmçinin baş verənləri kimisi dini dözümsüzlüyə qarşı hərəkat, kimisi sosial-iqtisadi fərqlərdən doğan etiraz, kimisi Ermənistanın dəstəklədiyi lokal separatçılıq, kimisi “Böyük Ermənistan” proqramının tərkib hissəsi, kimisi Ermənistanın Azərbaycana ərazi iddialı müdaxiləsi, kimisi isə Rusiya siyasətinin tərkib hissəsi olan bir münaqişə kimi qiymətləndirir.
Fərəc Quliyev neft pullarının abadlığa xərclənməsinə qarşıdır
Fərəc Quliyev neft pullarının abadlığa xərclənməsinə qarşıdır
Prezidentliyə namizəd Fərəc Quliyev hazırkı hakimiyyətin yürütdüyü siyasətə qarşı sərt muxalif mövqe nümayiş etdirən bir siyasi liderdir. O, rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasının fəaliyyətini tam milli mövqeyə yönləndirərək, real xalq hərəkatına çevirir ki, burada da hazırkı hakimiyyətin bir çox hallarda apardığı anti-sosial və anti-milli siyasətə qarşıdır. F.Quliyev siyasi lider kimi ortaya qoyduğu mövqeni hazırda qatıldığı prezident seçkilərində də platforma şəklində seçicilərinə təqdim edir. Onun qarşı olduğu məsələlərdən biri də, hazırkı hakimiyyətin həyata keçirdiyi neft siyasətidir. O, hesab edir ki, bir tərəfdən Dövlət Neft Fondunun xaricdə saxlanılması və kreditlər şəklində istifadə edilməsi olduqca yalnış bir siyasətdir, digər tərəfdən də neft pullarının əasasən abadlıq-təmir istiqamətində xərclənməsinin arxasında ciddi korrupsiya və mənimsəmə halları dayanır.
Fərəc Quliyevin təhsil  siyasətinə bir baxış
Fərəc Quliyevin təhsil siyasətinə bir baxış
Millət vəkili Milli Elmlər Akademiyasından kənarda olan alimlərin də maddi təminatının yüksəldilməsini tələb edir. O, Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2012-ci il Dövlət büdcəsi ilə bağlı çıxışında təklif etmişdir ki, “növbəti ilin büdcəsində Milli Elmlər Akademiyasında çalışanlar, eyni zamanda təhsil sahəsində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılsın. Akademiyada işləyən alimlərin stimullaşdırılması üçün büdcədən müəyyən qədər vəsait nəzərdə tutulub. Amma ali məktəblərdə işləyən alimlər üçün bu nəzərdə tutulmayıb. Hesab edirəm ki, büdcədə ali məktəbdə işləyən alimlərin də stimullaşdırılması nəzərdə tutulmlıdır.”
F.Quliyev bundan əlavə tələb etmişdir ki, elmin və təhsilin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılmasına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.
Prezidentliyə namizəd hazırkı hökumətin korrupsiyaya qarşı apardığı mübarizənin təhsil müəsisələrində nəticəsiz olmasının səbəbini müəllimlərə verilən əmək haqlarının aşağı olması ilə əlaqələndirir. O, MM-dəki çıxışında 100-150 manat əmək haqqı ilə müəllimi dolanmağa məcbur edən hökuməti sərt tənqid etmiş, verilən bu əmək haqqı ilə rüşvətin qarşısını almağın çətin olacağını ifadə etmişdir. F.Quliyev dövlətin təhsil işçilərinin əmək haqlarının bir neçə dəfə artırma gücündə olduğunu bildirmiş və bunun nəzərə alınmasını tələb etmişdir.
Seçilən namizəd- Fərəc Quliyev
Seçilən namizəd- Fərəc Quliyev
Azərbaycan Respublikasının prezidentliyinə hər bir namizəd öz platformasında prezident seçilərsə, necə fəaliyyət göstərəcəklərini bəyan etməklə fərqli fikirlər irəli sürürlər. Lakin namizədlərin irəli sürdükləri əhəmiyyətli fikirlərlə yanaşı keçdikləri həyat yolu da önəmlidir.
Cəmiyyətdə döyüşçülərin niyə hakimiyyətdən uzaq qalması ilə bağlı qınaqlar həmişə müxtəlif şəkildə özünü göstərmişdir. Istər mətbuatda, istər də xalq arasında döyüşçülərimizə olan münasibət başqa ölkələrlə, ən çox da qonşu ölkələrlə müqayisələr edilir. Lakin, hakimiyyəti bu münasibətdə qınayan xalqın bu gün döyüşçünü ən başa gətirmək şansı var. Həm də o döyüşçünü ki, böyük siyasi təcrubə və elmi nəzəri biliklərə sahib, hər yerdə xalqının maraqlarını müdafiə etməyi bacaran və bunun üçün tutarlı təkliflər verməyi bacaran, bütün cəbhələrdə müharibə cəbhəsində olduğu kimi qəhrəmanlıqla döyüşməyi bacaran, millətçi bir siyasi liderdir.
Parlamentdən məhbəsə, məhbəsdən Parlamentə(VİDEO)
Parlamentdən məhbəsə, məhbəsdən Parlamentə(VİDEO)
“Dəmir adam” ləqəbli Fərəc Quliyev


Azərbaycanın azadlığı yolunda hərəkatçı, dovlətinin qurulması yolunda “müstəqillik aktı”-nı hazırlayan və onun qəbulunda iştirak etmiş istiqlalçı deputat, ərazi bütövlüyü yolunda doyüşçü, əqidə dönməzliyi səbəbindən məhbus, millətinin milli iradəsinin önündə gedərək hərəkat və partiya lideri, xalqının ehtimadını qazanaraq yenidən millət vəkili olmuş Fərəc Quliyev Azərbaycan Respublikasının prezidentliyinə namizəddir.

Fərəc İbrahim oğlu Quliyev, 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olmuşdur. 1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzvü olmuşdur. Parlamentdə "müstəqillik aktı"nın həmmüəlliflərindəndir. Müstəqilliyə səs verən-siqnator deputatdır.
Fərəc Quliyev vahid Türk Ordusunun yaradılmasını istəyir
Fərəc Quliyev vahid Türk Ordusunun yaradılmasını istəyir
Bu gün dünyada Türk millətinə qarşı olan qısqanclıq və təhdidlər artıq gizlədilməsi mümkün olmayan bir faktdır. Hər kəs üçün aydındır ki, nəinki dünya gücləri, demək olar ki, dünyanın əksər dövlətlərində türklərə qarşı yürüdülən siyasətdə böyük güclərin yanında yer alma siyasəti yürüdülür. Bu siyasət gizli və aşkar şəkildə özünü büruzə verməkdədir. Bu təzyiq qarşısında isə Türk millətinin tək yolu təbii ki, Türk Birliyini yaratmaqdır. Sevindirici haldır ki, Türk Birliyinin yaranması istiqamətində qənaətbəxş olmasa da, müəyyən işlər görülür. Bu istiqamətdə Azərbaycanda ən aktiv fəaliyyət göstərən siyası partiya isə Milli Dirçəliş Hərəkatı Partiyasıdır. MDHP-nın sədri istiqlalçı deputat, millət vəkili Fərəc Quliyev Türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni müstəvidən siyasi-hərbi müstəviyə keçməsini Türk Birliyinin yaranması və güc mərkəzinə çevrilməsində daha real addım olması qənaətindədir. Millət vəkili kimi o Parlamentdə də bu barədə təklif irəli sürmüşdür. Fərəc Quliyev Milli Məclisdə 22.05.2012-ci tarixli çıxışı zamanı təklif etmişdir ki, “Biz artıq “Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri”nin yaradılmasını da yubanmadan gündəliyə gətirməliyik.”