Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev 26 fevral Xocalı Soyqırımı qurbanlarının anım mərasimi ilə bağlı Suraxanı rayonu ərazisində silsilə tədbirlərə qatılıb.
Suraxanı rayonu 318-ci saylı orta məktəbdə, Əlil Uşaqların Reabilitasiyası Mərkəzində keçirilən sərgidə, Xocalı qurbanları üçün verilən ehsan süfrəsində iştirak edən Fərəc Quliyev 1992-ci il Xocalıda baş verən soyqırımın dünya miqyasında eynisinə rast gəlinmədiyini bildirib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.