MDHP Başqanı, Millət Vəkili Fərəc Quliyev 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir
MDHP Başqanı, Millət Vəkili Fərəc Quliyev 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir
Sabah dünyanın əksər ölkələri yeni ilin gəlişini bayram edəcəklər. Amma 31 dekabr günü Azərbaycan türkləri üçün ikiqat bayramdır. Artıq 23 ildir ki, ölkə və bütün dünyada soydaşlarımız dekabrın 31-ni həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qutlayır. Həmin münasibətlə məhz bu tarixin seçilməsi isə qətiyyən təsadüfi deyil. Çünki 1989-cu il dekabrın 31-də çar Rusiyası və İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin şərtləri əsasında ikiyə bölünmüş Azərbaycan arasında çəkilmiş sərhədlər millətin iradəsilə dağıdıldı. Bununla da 1946-cı ildən sonra dünya yenidən Azərbaycan türklərinin "bölünmüş millət" olmaları faktıyla üz-üzə qaldı. Dünya heyrət içindəydi: Azərbaycan türkləri planetin yarısına hökm edən "şər imperiyası"nın sərhədlərini dağıtmışdı. Bir sözlə, Qərbin 70 ildə bacarmadığı bir işi Azərbaycan türkləri bir neçə saata həyata keçirdilər.
Həmin tarixdən etibarən bütün dünya azərbaycan türkləri 31 Dekbr tarixini hərəylik bayramı olaraq qəbul edir və bu müqəddəs günü böyük fərəh hissilə bayram edir.
Bu möhtəşəm bayram münasibətlə bütün soydaşalrımı öz adımdan və rəhbərlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) adından təbrik edirəm.
Sizlərə qarşıdan gələn yeni təqvim ilində uğurlar və can sğlıqı, milltimizə Bötöv Azərbaycan mücadiləsində başarılar və qələbə arzulayıram.

GÜCÜMÜZ BİRLİYİMİZDƏ VƏ HƏMRƏYLİYİMİZDƏDİR

Hörmətlə:
Milli Dirçəliş Hərkatı Partiyasının Sədri, Millət Vəkili
Fərəc Quliyev


Bakı 30.Dekabr “ 2012-ci il
“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO
“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO
Tədbirdə MDHP sədri, Millət Vəkili Fərəc Quliyev hakimiyyət dəyişikliyindən sonra Gürcüstanda soydaşlarımıza qarşı baş verən hücumların siyasi çalar daşıdığını diqqətə çatdırıb. “Mütəmadi olaraq biz hər zaman Gürcüstandakı soydaşlarımızın hüquqları ilə bağlı məsələ qaldırmışıq. Bizim Borçalı departamenti ordakı problemlərin həll ilə birbaşa məşğul olur. Baxmayaraq ki, vaxtilə bizim nümayəndəmizi öldürdülər və cinayətkarlar hələ də tapılmayıb. Rusiya Qafqazda böyük oyun oynamağa çalışır. Gah müxtəlif təşkilatlar yaradır, gah da ayrı-ayrı təşkilatlara dəstək durmaqla Qafqazda təxribat mənbələri yaradıb alovlandırır. Gürcüstanda məskunlaşan ermənilərdən fərqli olaraq azərbaycanlıların yaşadıqları ərazilər onların öz tarixi torpaqlarıdır. Amma Azərbaycan türkləri ermənilərdən fərqli olaraq heç bir zaman bölücülüyün daşıyıcısı olmayıb. Gürcüstandakı azərbaycan türklərini sıxışdırırlar, soydaşlarımız müəyyən təzyqilərlə üz-üzədir. Buna görə də onlara sahib çıxmaq lazımdır. Məndən olsa, ikili vətəndaşlıq məsələsinə qədər proseslərin üzərinə getmək mümkündür. Baxmayaraq ki, ən müxtəlif səbəblərdən bu, hələlik mümkün görünmür.” - deyə bildirib. Qeyd edək ki, Fərəc Quliyev parlamentin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvüdür.
MDHP sədri Türkiyədən gələn qonaqları qəbul etdi / FOTOLENT
MDHP sədri Türkiyədən gələn qonaqları qəbul etdi / FOTOLENT
18 sentyabr 2012-ci il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının Mərkəzi Qərargahında: MDHP sədri, Millət Vəkili Fərəc Quliyev “Uluslararası Asılsız erməni iddialarıyla mücadilə dərnəyi”nin Yönətim Kurulu Başqanı Göksel Gülbey və “Uluslararası Güney Azərbaycan Konseyi”nin üzvü Mikayıl Kəskin ilə görüşmüşdür. Görüşdə təşkilatlararası əməkdaşlıq məsələləri müzakirə olmuşdur. Son 100 ildə ermənilərin Türklərə qarşı törətdikləri soyqırım və terrorlar, eyni zamanda erməni diasporasının uydurma “soyqırım” iddialarının qarşısının alınması məsələsi, Güney Azərbaycan Milli Azadlıq Hərəkatındakı son durum, regionda sülh, əməkdaşlıq perispektivləri, xüsusi ilə Daglıq Qarabağ məsələsi müzakirə olunmuşdur.
Milli Dirçəliş hərəkatı  Partiyası bütün  Azərbaycanlılara  Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı başsağlığı verir
Milli Dirçəliş hərəkatı Partiyası bütün Azərbaycanlılara Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı başsağlığı verir
Əziz həmvətənlər məlum olduğu kimi, Güney Azərbaycanda baş verən zəlzələ nəticəsində yüzlərlə soydaşımızin həlak olduğu, minlərlə insanın isə yaralandığı bildirilir: “Bu ağır faciəyə görə bütün millətimizə, xüsusilə də faciə qurbanlarının yaxınlarına dərin hüznlə baş sağlığı verir, millətimizin başı sağ olsun deyirik. Zəlzələ ilə bağlı kədərimizlə yanaşı qapalı İran hökumətinin bəzi hərəkətləri də təəssüf doğurur. Fars rejimi belə ağır gündə də informasiya qapalılığını saxlayır. Zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı və iranın televiziya kanallarında bu ağır fəlakətlə əlaqədar demək olar ki ətraflı heç bir xəbər verilmir . Bu günə qədər də itkilər haqda tam və ətraflı məlumat yoxdur rejimin bu cuür davranışına həta bəzi millət vəkiləridə öz etirazlarını bildirdilər.