"İran primitiv oyun oynayır" MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEVİN "Şərq"ə müsahibəsi.
- Prezident seçkilərində MDHP hansı formada iştirak edəcək? Namizədləri dəstəkləyəcək, yoxsa öz namizədi ilə iştirakçı olacaq?

- Biz seçkilərdə hansısa namizədə dəstək verməyəcəyik, öz namizədimizlə qatılacağıq prosesə. Ola bilər namizəd mən olum və yaxud da partiyamızdan bir başqası olsun. Əgər seçkiyə qatılırıqsa, o zaman öz namizədimizi dəstəkləyəcəyik. Amma mətbuatda müəyyən narahatlıq doğuran informasiya var. Məsələn, bu günlərdə mətbuat yazıb ki, guya mən Rəsul Quliyevlə danışıqlar aparıram, onunla bir yerdə olmaq haqqında fikir mübadiləmiz var və s. Amma bunlar kökündən yanlış informasiyalardır. Öz təxəyyüllərinin məhsullarıdır ki, "etibarlı mənbəmiz" verib deyərək, çap edirlər. Sadəcə "qara piar"dan istifadə edilir MDHP-yə qarşı. Mən parlament seçkilərində iştirak edib, mandat qazandığım üçün, düşmən kimi baxırlar. Amma mənə və rəhbərlik etdiyim partiyaya qarşı iftiralar atan insanlar anlamırlar ki, seçkilərdə ona görə iştirak edilir ki, qazanasan. Bəyəm mən parlament seçkilərində mandatdan imtina etmək üçün iştirak etməliydim ki? Amma biz seçkilərə bu üsulla hazırlaşmayacağıq, kiməsə böhtan atmayacağıq. Normal şəkildə prezident seçkilərinə qatılmaq istəyirik.
Посредники стремятся сохранить статус-кво в карабахском конфликте - парламентарий
Посредники стремятся сохранить статус-кво в карабахском конфликте - парламентарий
Деятельность Минской группы ОБСЕ по урегулированию карабахского конфликта направлена на сохранение статус-кво, сложившегося в результате армяно-азербайджанской войны, считает член парламентского комитета Милли меджлиса по обороне и безопасности Фарадж Гулиев.
«Предложения посредников по применению механизмов расследования инцидентов на линии соприкосновения армянских и азербайджанских войск служат сохранению статус-кво в карабахском конфликте», - заявил Ф.Гулиев агентству «Интерфакс-Азербайджан».
Fərəc Quliyev: “Vasitəçilər Qarabağ münaqişəsində status-kvonu saxlamaq istəyirlər”
Fərəc Quliyev: “Vasitəçilər Qarabağ münaqişəsində status-kvonu saxlamaq istəyirlər”
Azərbaycan torpaqları işğal olunub, ona görə də Azərbaycan Silahlı Qüvvələrinin (SQ) snayper güllələrinin məsafəsindən daha təhlükəsiz yerə çəkilməsi qeyri-mümkündür. Başqa sözlə desək, qoşunların təmas xəttindən silahların geri çəkilməsi ordunun geri çəkilməsi mənasını verir.
Buna görə də, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn normalarına riayət olunmasına nail olmalıdırlar. Ermənistan-Azərbaycan münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələbləri yerinə yetirilməlidir.
Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişə tərəflərindən öz qoşunlarını BMT və dünya ictimaiyyəti tərəfindən tanınmış sərhədlərinə çəkmələrini tələb etməlidirlər. Qarabağ münaqişəsində sülhə ancaq bu yolla nail olmaq olar, bu sülhün möhkəmlənməsi üçün isə münaqişə edən tərəflərin arasında sülhyaratma qüvvələri yerləşdirmək olar.
MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEVDƏN SƏRT AÇIQLAMA...
MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEVDƏN SƏRT AÇIQLAMA...
«Противник перейдя к активной обороне и используя погодные условия старается удержатсья на рубежах Ванк-Шазмасур-Арачадзор-Сырхавенд. Его разведывательно-диверсионные группы ведут активные действия. ПРИКАЗЫВАЮ: 1. Командиру 703 ОМСБР своими силами занять устойчивую оборону на рубажах высот. К 20:00 29.01.93 заокнчить все мроприятия и организовать взаимодействия. 2.Командиру 703 ОМСБР всю пришедшую бронетехнику направить в учебный центр «СЕЙФАЛЛЫ» в распорядение подполковника Касымова. 3.Командиру 123 МСП к 12:00 29.01.93 закончить сдачу позиций командиру 703 ОМСБР и сосредоточиться в пункте постоянной дислокации к 09:00 30.01.93. 4. Командиру в/ч № 14 к 12:00 29.01.93 закончить сдачу позиций командиру 703 ОМСБР и сосредоточиться в учебном центре «СЕЙФАЛЛЫ» к09:00 30.01.93.»
9 fevral bəyanatı ucbatından yox, Məhz bu əmrdən sonra Nazim Bayramovun yazdığı kimi ”cəbhədə əsgərlərin komandirlərinə inamını qırdı, idarəetmə pozuldu, cəbhə xətti tamamilə dağıldı. Ermənilər Ağdərəni, Laçının bizim nəzarətimizdə qalan hissəsini, martın sonlarında isə Kəlbəcəri işğal etdilər. Bu təxribat, Azərbaycanı Vətən muharibəsində məğlubiyyətə uğradan əsas səbəblərdən biri oldu. Bundan sonra Azərbaycan ordusu bir daha müdafiə vəzifəsini tam həcmdə yerinə yetirə bilmədi, Azərbaycan höküməti ərazi bütövlüyünü qoruya bilmədi.”
Milli Dirçəliş Hərəkatı Partiyasında bir saat
Milli Dirçəliş Hərəkatı Partiyasında bir saat
2010-cu ilin 6 noyabr parlament seçkilərindən sonra Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) üzvləri üçün yeni mərhələ başladı. Ən azı ona görə ki, təşkilatın rəhbəri Fərəc Quliyev (Ulusoy) Suraxanı seçki dairəsindəki rəqiblərinə qalib gələrək, Milli Məclisin deputatı seçildi. İkincisi isə bundan bir qədər sonra Milli Dirçəliş Hərəkatı Partiyasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınması ilə bağlıydı. İndi Milli Dirçəliş Hərəkatı Partiyası parlamentdə təmsil olunan partiyalardan biri, onun sədri Fərəc Quliyev isə ali qanunvenrici orqanın nümayəndəsidir. Fərəc Quliyevin tərəfdarlarının iş şəraiti, siyasi fəaliyyətləri ilə yerindəcə tanış olmaq üçün "Gündəlik Bakı" qəzetinin "Partiya qərargahlarında kimlər var?" rubrikası çərçivəsində Milli Dirçəliş Hərəkatı Partiyası üzvlərinin qonağı olduq.
Əli Kərimlinin daha bir planının üstü açıldı
Əli Kərimlinin daha bir planının üstü açıldı
Qeyd edək ki, araşdırmalarımızı davam etdirərək hazırda Rusiyada yaşayan Şıxov batalyonunun komandiri, Surət qiyamına qarşı döyüşlərin rəhbəri Mehrac Babayevlə də əlaqə saxladıq. O da Sahib Hüseynovun söylədikləri ilə razılaşmadığını və Sahibin Nəvai döyüşündən imtina etdiyini bu döyüşdə ümumiyyətlə, olmadıgını bildirdi. Araşdırmalarımızı davam etdirib, bu arada yeni məlumatlar əldə etdik. Məlum oldu ki, iyirmi il əvvəlki hadisələrin qovluğunu qurdalayıb, oradan yeni-yeni ittihamlar çıxarmaqda maraqlı olan qüvvələr fəaliyyətə keçiblər. Bu qüvvələrin başında isə AXCP sədri Əli Kərimli dayanır. "Yurd" sədrinə yaxın persona 8-ci mikrorayondakı əyləncə-istirahət məkanlarından birində bununla bağlı xüsusi görüşlər keçirib. Məqsəd parlament seçkilərində Əli Kərimli ilə 31 saylı Suraxanı seçki dariəsində üz-üzə gəlmiş Fərəc Quliyevi 2013-cü ilin prezident seçkisinə qədər sıradan çıxarmaq, onun tərəfdarlarının sayını azaltmaqdır. "Gündəlik Bakı"nı məlumatlandıran mənbənin sözlərinə görə, AXCP sədri bəzi keçmiş döyüşçülərdən yararlanmağa başlayıb. Bununla da Əli Kərimlinin növbəti planının üstü açıldı. Araşdırmalarımızı davam etdirəcəyik, bizi izləyin.
Fərəc Quliyev:
Fərəc Quliyev: "Həmin şəxsə yazığım gəlir, ondan istifadə edirlər"
- Partiyamızda digər siyasi təşkilatlardan fərqli olaraq departamentlik institutu fəaliyyət göstərir. Qarabağ, Güney Azərbaycan, Dərbənd, Borçalı, Bakı və Ətraf Kəndlər Departamentləri təsis edilib. Bu qurumların sədrləri var və onla fəal çalışırlar. Bizim digər ofisimiz mənim millət vəkili seçildiyim ərazidədir - Qaraçuxur Bələdiyyəsində bizə otaq veriblər. Köməkçim hər gün səhər saat 10-dan axşam saat 18-dək işləyir. Hər şənbə günü orda seçiciləri qəbul edirəm. Bizim fəaliyyətimiz daha çox ideoloji əsaslarda qurulub, "Davam.az" saytımız fəaliyyətdədir. Bununla yanaşı, "Davam" qəzeti nəşr edirdik. Əsas məqsədimiz qəzet içində qəzet nəşr etmək idi. Güney Azərbaycanla bağlı çox ciddi layihələri həyata keçiririk. Hesab edirəm ki, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanın ayrı-ayrı hissələrindəki problemlərə lokal yanaşmaq, bu hissələrin üzərinə getmək yanlışdır. Borçalı türkünün problemi bizim problemimizdir. Eləcə də Güney Azərbaycanın türkçülük problemi ümumi problemimizdir. Belə olmasa düşmənlərimiz bizi böləcəklər və məhv edəcəklər. Bütün bunlar Azərbaycan türkü səviyyəsində olan məsələlərdir. Bütövlükdə türk dünyasının problemlərini birləşdirmək, ümumiləşdirmək və onların üzərinə getmək lazımdır.
Radikal müxalif liderlərin uğursuzluq sindromu...Millət Vəkili Fərəc Quliyevin münasibəti.
Radikal müxalif liderlərin uğursuzluq sindromu...Millət Vəkili Fərəc Quliyevin münasibəti.
Millət vəkili Fərəc Quliyevin isə məsələyə baxışı bir qədər fərqlidir. Belə ki, onun fikrincə, liderin yürütdüyü siyasi kurs uğur qazanmırsa, artıq həmin kurs siyasətdən getmiş sayılır: "Siyasətdə hər hansı bir uğura imza atmayan liderlərin siyasətdən getməli olduğuna ikili münasibətim var. Həmin münasibətin biri odur ki, gənclərə meydan verilməlidir. Onların getməsi gənclərin işinə yararlı olardı. Siyasət dinamik prosesdir, siyasətin özü gəncləşməlidir. Eyni zamanda buna adekvat olaraq insanlar da dəyişməlidir. Amma adamların siyasətdən getməsindən çox, bəzi çevrələrin, qrupların, partiyaların və yaxud da fərdlərin siyasətçilərinin siyasətdən getməsi baş verir. Mənim baxışlarıma görə, bəzi siyasi spektrdə olanların siyasəti hazırda uğur qazanmırsa, onlar siyasətdə qaldıqlarını nə qədər bəyan etsələr də, artıq o siyasət siyasətdən gedib. Burada fərdlərdən daha çox, dünyagörüşü məsələsinə baxmaq lazımdır. İnsanlar ümumi şəkildə siyasətdən getdikləri və ya zorla qalmaq istədiklərini deyə bilməz. Yeritdikləri siyasi kurs lazımi istiqamətə doğru yürüdülmürsə, artıq o siyasət siyasətdən getmiş sayılır".
Elçbəy əlehinə
Elçbəy əlehinə "yazarlar" yenidən peyda olub. İndi MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Kipr Türk Cumhuriyyətində səfərdə oldmasından istifadə edərək əlehinə "yazırlar"
Fərəc Quliyev Ramil Səfərovla bağlı kampaniyanın qarşısını niyə alıb? - MÜSAHİBƏ
Fərəc Quliyev Ramil Səfərovla bağlı kampaniyanın qarşısını niyə alıb? - MÜSAHİBƏ
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə müsahibə Milli Məclisin foyesində baş tutdu. Söhbətə Fərəc bəyin rəhbərlik etdiyi partiyanın, daha doğrusu, neçə illərdik hərəkat kimi fəaliyyət göstərən, bir ildir partiya statusu alan təşkilatın işləri və onun cəmiyyətə verdiyi töhfələrdən başladıq. Söhbətin ardı Fərəc Quliyevin həbsxana həyatına, həbsxanadan parlamentə gələn yola və digər məsələlərə həsr olundu.
- Biz hərəkat olaraq 2003-cü ildən fəaliyyət göstəririk. 2005-ci ildə qurultay keçirib təşkilatlanmışıq. Hazırda strukturda heç bir dəyişiklik yoxdur, əvvəlki kimi fəaliyyətdəyik. Təbii ki, Azərbaycan qanunvericiliyinə görə, hərəkat kimi qeydiyyatdan keçə bilməzdik. Ona görə də, partiya sisteminə keçmək qərarına gəldik. Amma strukturumuz öz yerində qaldı. Başqa partiyalardan fərqli olaraq, bizdə departament strukturu fəaliyyətdədir. Problemlərə adekvat davranış nümayiş etdirmək üçün bu sistemi qurmuşuq. Bizim partiyanın Borçalı, Güney Azərbaycan, Qərbi Azərbaycan, Dərbənd, Bakı və ətraf kəndlər departamentləri mövcüddür. Elə bir sistem qurmuşuq ki, hamı hansısa məsələ ilə bağlı bütün işlərə cəlb olunur.
Millət vəkili Fərəc Quliyev bu gün-12.06.2012-ci il tarixdə Milli Məclisdə çıxış etdi. Çıxışın tam mətnin təqdim edirik.
Millət vəkili Fərəc Quliyev bu gün-12.06.2012-ci il tarixdə Milli Məclisdə çıxış etdi. Çıxışın tam mətnin təqdim edirik.
Ölkədə bələdiyyə institutu yaradılıb. Bələdiyyələrin yaradılmasının əsas məqsədi yerli icra strukturunun fəaliyyətinin tədricən məhdudlaşdırılmasına və seçki əsasında formalaşan özünüidarə orqanlarının güclənməsinə, son nəticədə isə yerli icra qurumlarının tamamilə ləğvinə nail olmaq idi. Ancaq gözlənildiyinin əksinə olaraq nəinki bələdiyyələrə lazım olan səlahiyyətlər verilmədi, hətta olan-qalan səlahiyyətləri də kağız üzərində qaldı.Bu qanunun qəbulu isə bələdiyyələrin icra hakimiyyətinin törəmə strukturu kimi fəaliyyət göstərməsinə səbəb olacaq. Bu dəyişikliyə qətiyyən ehtiyac və əsas yoxdur.Əvvəla ona görə ki:
- İcra hakimiyyətlərinin qanunla nəzərdə tutulan indiki işi rayonun abadlaşdırılması və yerli infrastruktur layihələrin icrasından ibarətdir. Bu işlə isə bələdiyyələr məşğul olmalıdır.
-fərdi tikintiyə icazə verilməsi kimi funksiyaların da məhdudlaşdırılması artıq Şəhərsalma və tikinti məcəlləsində nəzərdə tutulub.
- rayonlarda müəssisələrin çoxu özəlləşib, özəlləşməyən müəssisələr də Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır. Özəl müəssisələri sahibləri, dövlət müəssisələrini isə ƏMDK idarə edir.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitutunun nümayəndələri Kati Piri və Levan Tsutskiridze ilə görüşü / VİDEO
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitutunun nümayəndələri Kati Piri və Levan Tsutskiridze ilə görüşü / VİDEO
04 iyun 2012-ci ildə Mlli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev MDHP-nin baş qərargahında Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitutunun nümayəndələri Kati Piri və Levan Tsutskiridzeni qəbul etdi. Görüşdə kürəsəl və bölgəsəl təhlükəsizlik, Qarabağ, Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistan AES, İranın nüklear təhdidi, Güney Azərbaycan məsələləri, etnoslararası və mədəniyyətlərarası dialoqa verilə biləcək birgə töhfə, birgə davranış modelləri müzakirə edildi. MDHP və Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitu arasında əməkdaşlıq haqda ilkin razılıq əldə olundu. Millət Vəkili qonaqlara məhbəsdə yazdığı və 2012-ci ildə təkrar ingiliscə çap olunmuş “ Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını təqdim etdi.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev birinci PARLAMENT dönəmində / FOTOLENT
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev birinci PARLAMENT dönəmində / FOTOLENT
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev DÜNYA MƏTBUATINDA
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev DÜNYA MƏTBUATINDA
"Dünyadan gizlədilən Ermənistanın Silahları üzə çıxılmalıdır"
Stokholmun Bütün Dünyada Sülh Elmi-tədqiqat İnstitutu bu yaxınlarda silahların çoxalması tempinə aid məlumatı yayınlamışdır.
Bu siyahıda, Azərbaycan ön yer tutur, Ermənistan onuncu yerdə göstərilir Bununla bağlı Azərbaycanlı parlament üzvü Fərəc Quliyev 20 apreldə Parlamentin plenar sessiyasına müraciət edərək qeyd etdi ki, Parlament bu məsələlərlə bağlı beynəlxalq birliyə müraciət etməlidir.
"Parlamentimiz qeyd etməlidir ki, Azərbaycanı silahlanmağa onun torpaqlarını işğal edən Ermənistanın özü tərəfindən məcbur edilir. Burada həmçinin qeyd edilməlidir ki, Ermənistan Sovet silahlarını ərazisində saxlaya bilməz, onun Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü olması buna əsas ola bilməz.
Bundan başqa, bu ölkə beynəlxalq birlikdən silahlarının sayını gizlədir. Buna görə də, biz Ermənistanın gizli silahlarının araşdırması üçün beynəlxalq birliyi inandırmalıyıq".
MDHP -də görüş
MDHP -də görüş
Bü gün – 04 iyun 2012-ci ildə Mlli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev MDHP-nin baş qərargahında Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitutunun nümayəndələri Kati Piri və Levan Tsutskiridzeni qəbul etdi. Görüşdə kürəsəl və bölgəsəl təhlükəsizlik, Qarabağ, Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistan AES, İranın nüklear təhdidi, Güney Azərbaycan məsələləri, etnoslararası və mədəniyyətlərarası dialoqa verilə biləcək birgə töhfə, birgə davranış modelləri müzakirə edildi. MDHP və Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitu arasında əməkdaşlıq haqda ilkin razılıq əldə olundu. Millət Vəkili qonaqlara məhbəsdə yazdığı və 2012-ci ildə təkrar ingiliscə çap olunmuş “ Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını təqdim etdi.
Millət vəkili Fərəc Quliyevin  kitabı ingilis dilində yenidən nəşr edilib
Millət vəkili Fərəc Quliyevin kitabı ingilis dilində yenidən nəşr edilib
Yeni nəşr Beynəxalq siyasət düşünürlərinin tələbləri nəzərə alınaraq Azərbaycan türkcəsində və İngilis dilində çap edilmişdir.

"YENİ DÜNYA DÜZƏNİ SİYASƏTİNDƏ AZƏRBAYCANIN YERİ VƏ ROLU" kitabı 1998-ci ildə həbisxanada yazılmışdır.

Kitabda SSRİ-nin dağılmasından sonrakı dövr qlobal siyasətin durumu, supergüclərin bloklaşma хarakteri araşdırılmış, mövcud Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu һəm geopolitik, һəm də geostrateji baхımlardan təһlil edilmiş , bir sıra yeni elmi-nəzəri və praktik müddəalar irəli sürülmüşdür.
Geopolitika və geostrategiyaya dair Azərbaycanda ilk sistemli əsərlərdən biri olan bu kitab siyasi partiyalar, mütəхəssislər və qlobal siyasətlə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Парламентарий: ОДКБ не имеет право вмешаться в карабахский конфликт
Парламентарий: ОДКБ не имеет право вмешаться в карабахский конфликт
Организация Договора о коллективной безопасности (ОДКБ) не должна вмешиваться в возможную войну вокруг Карабаха.
Об этом заявил член парламентского комитета Милли Меджлиса (парламента) Азербайджана по обороне и безопасности Фарадж Гулиев.


"Россия, и в целом ОДКБ, не должна оказывать помощь оккупанту (Армении), если Азербайджан решит освободить свои земли с условием того, что при этом не выйдет за пределы своих государственных границ", - заявил Ф.Гулиев агентству "Интерфакс-Азербайджан".
Fərəc Quliyev: -İşğal edilmiş torpaqlarını azad etmək istəyi Azərbaycanın öz hüququdur
Fərəc Quliyev: -İşğal edilmiş torpaqlarını azad etmək istəyi Azərbaycanın öz hüququdur
Gün.Az-ın Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyevlə müsahibəsi:
- Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bəyan edib ki, Ermənistana hər hansı hərbi müdaxilə olarsa, KTMT İrəvana öz yardımını göstərəcək. Əgər Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qərarına gələrsə, belə bir müdaxilənin edilməsi beynəlxalq hüquqa nə dərəcədə müvafiq olar?

- Qeyd etmək lazımdır ki, Azərbaycan hal-hazırda kifayət qədər nüfuzlu dövlətdir, dünyanın idarə edilməsi məsələsində də iştirak edən ölkədir.

Axı Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Hal-hazırda da Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi arzusu və cəhdləri üçün də beynəlxalq hüquqa arxalanır.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin 22.05.2012-ci il tarixdə Milli Məclisdə cıxışı. (tam mətn)
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin 22.05.2012-ci il tarixdə Milli Məclisdə cıxışı. (tam mətn)
Hörmətli millət vəkilləri,Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə toplantısının Bəyannaməsinin təsdiqi vacibdir. Buradakı müddəalar Türk cumhuriyyətlərinin inteqrasiyasında irəliyə doğru daha bir addımdır. Mən bunu təqdir edirəm,hesab edirəm ki, bu kimi sənədlərin işlək halda olması üçün ,bu müddəalara uyğun əməli addımlar atılmalıdır. Bundan öncəki Almatı toplantısında da Azərbaycan Prezidenti daha dərin əməkdaşlığa ehtiyac olduğunu gostərdi.Bu təqdir olunan yanaşmadır. Türk Cumhuriyyətlərinin əməkdaşlığı iqtisadi-mədəni müstəvidən, siyasi-hərbi müstəviyə kecirilməlidir. Bu bir zərurətdir. Biz artıq “Türk Cümhuriyyətləri Asayişi Birgə Muhafizə Qüvvələri “nin yaradılmasını da yubanmadan gündəliyə gətirməliyik.