Ermənilərlə əməkdaşlıq edən QHT-lər
Ermənilərlə əməkdaşlıq edən QHT-lər
Millət vəkili Fərəc Quliyev də bəzi Azərbaycan QHT-lərin erməni təşkilatları ilə birgə əməkdaşlığını Vətənə xəyanət adlandırdı: "Elə məsələlər var ki, orada iqtidar, müxalifət münasibətləri olmur, vətəndaş münasibətləri olmalıdır. Hətta, Konstitusiyada nəzərdə tutulub ki, dövlətin müqavimət göstərməyə imkanı olmasa, hər bir vətəndaş müstəqillik, süverenlik uğrunda mübarizə aparmaq haqqına malikdir. Bu gün hər hansı bir QHT, hər hansı vətəndaş, hər hansı siyasi partiya erməni təşkilatları ilə hansısa bir əlaqə saxlayırsa, bu, Vətənə xəyanətdən başqa bir şey deyil. Düşmənlə nə əlaqə saxlamaq, onlarla nə əməkdaşlıq etmək olar? Biz qonşularımızı özümüz seçmirik, bunu bizə Allah verib. Amma heç kimlə düşmən olmaq istəməmişik. Azərbaycan sıfır problemli qonşuluq siyasəti yürüdür. Nə vaxt ermənilər ölkəmizdən çəkilər, Dağlıq Qarabağı azad edərək, işğal olunmuş torpağımızdan çıxar, yalnız bundan sonra bərabər səviyyədə danışmaq və əməkdaşlıq haqqında düşünmək olar. İndiki halda isə belə bir əməkdaşlıq tamamilə qəbulolunmaz haldır".
Fərəc Quliyev: “Kırımda baş verənlər işğaldır”
Fərəc Quliyev: “Kırımda baş verənlər işğaldır”
Bu gün Milli Məclisin iclasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Ukraynaya və Rusiyaya Parlament quruplarının ezam olunmasını təklif edib. Ukraynanın Azərbaycana qarşı müttəfiqlik mövqeyini diqqətə gətirən millət vəkili Krımda baş verənləri işğal adlandırıb. O, Azərbaycanın da Rusiyanın süni şəkildə yaratdığı münaqişələrə cəlb olunan bir dövlət olaraq bu prosesdən kənarda qalmamsı və öz barışdırıcı mövqeyini ortaya qoymasını təklif edib. Fərəc Quliyevin təklifi ondan ibarət olub ki, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun üzvləri ilə Azərbaycan-Rusiya Parlamentlərarası dostluq qrupunun üzvlərinin birgə iclası keçirilsin və eyni qurupun üzvləri anoloji olaraq bu ölkələrə Milli Məclis tərəfindən ezam olunsun. Partiya sədrinin fikrincə, bu gün Azərbaycanın seyrici mövqedə qalması, gələcəkdə Qarabağ məsələsinin müzakirəsi zamanı beynəlxalq instansiyalar və Ukrayna tərəfindən soyuq münasibətlə qarşılaşmasına səbəb ola bilər.
İkinci çıxışında isə Fərəc Quliyev sosial təkliflərlə çıxış edib. O, inasan haqları ilə bağlı Ombusmanın Parlamentə təklifinin müzakirəsi zamanı bildirib ki, insan haqlarının önündə yaşam haqqı nəzərdə tutulmalıdır və bununla bağlı da 3 təklif səsləndirib. Millət vəkili bildirib ki, bu gün ölkəmizdə istehlak səbətinin qiyməti ilə maaşların, təqaüdlərin, minimum əmək haqlarının, ehtiyac meyarının səviyyələri eyni deyil, bunun bərabərləşdirilməsi təklif edilməlidir.
MDHP sədrinin növbəti təklifi ondan ibarət olub ki, zabitlərin evlərində müvəqqəti məskunlaşmış qaçqınların köçürülməsi işi sürətləndirilsin. Çünki, bu problemlə bağlı müraciət edən zabitlərin sayı çoxdur və onların mənzil problemləri həll edilməlidir.
Millət vəkili küçələrdən dilənçilərin yığışdırılması ilə də bağlı təklif verib və bununla bağlı mümkün variantlar da təqdim edib.

Fərəc Quliyevin hər iki çıxışın tam mətnini və audio yazısını təqdim edirik:

MİLLƏT VƏKİLİ FƏRƏC QULİYEVİN BİRİNCİ ÇIXIŞI:


MİLLƏT VƏKİLİ FƏRƏC QULİYEVİN İKİNCİ ÇIXIŞI:
MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi
MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi
Bu gün 13 fevral 2014-cü il tarixində MDHP sədri, Millət vəkili Fərəc Quluyev Almaniyada yaşayan, dünya şöhrətli, tanınmış Azərbaycan Respublikasının əməkdar rəssamı Əşrəf Heybətovu qəbul etdi. Əşrəf Heybətov YUNESKO ressamlar federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət xadimləri Assosiasiyasının sədridir. Xaricdə Azərbaycanı layiqincə təmsil edən ziyalımız Almaniya ressamlar birliyinin, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvü, eyni zamanda “Sülh səfiri”dir. Fərəc bəy görüş zamanı xalqımızın, dövlətimizin beynəlxalq aləmə təqdim olunmasında rəssamlığın özünəməxsus rolunu və Əşrəf bəyin əsərlərində vətənimizin, xalqımızın ictimai-siyasi həyatına aid lövhələrinin əhəmiyyətini qeyd etdi. Görüşdəki müzakirələrdən məmnun qalan Əşrəf bəy öz yaradıcılığında Azərbaycan dəyərlərini daha geniş şəkildə dünyaya təqdim edəcəyini bildirdi.
“Suriyaya gedən şəxsləri terrorçu adlandırıb damğalamağın əleyhinəyəm”
“Suriyaya gedən şəxsləri terrorçu adlandırıb damğalamağın əleyhinəyəm”
Millət vəkilinin fikrincə, hazırda xaricdə olan vətəndaşlarımız bizim “kisə”mizdən gediblər: “O şəxslərin mütləq həbs olunmasının, vətəndaşlıqdan çıxarılmasının əleyhinəyəm. Onların amnistiyaya salınmasına və geri qayıtmaları üçün şərait yaradılmasına tərəfdaram. Qoy vətənlərinə gəlsinlər və yanlış yoldan geri dönsünlər. Onlara başa salmaq lazımdır ki, savaşmaq istəyirsənsə, günün birində Qarabağda vuruşa bilərsən. Ona görə də profilaktik tədbirlər geniş miqyas almalıdır. Təbliğat işləri dayandırılmamalıdır. Geri qayıdan şəxslərdən kimsə qərəzli şəkildə yenə ora yollanarsa, belə adamlara hər hansı cəza tətbiq oluna bilər. Bu zaman onlara qanun qarşısında cavab verəcəklərini əvvəldən bildirmək lazımdır”.
Millət vəkili: “İndi əsl müharibə ilə qarşılaşırıq” MÜSAHİBƏ
Millət vəkili: “İndi əsl müharibə ilə qarşılaşırıq” MÜSAHİBƏ
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev son günlər cəbhədə baş verən hadisələrlə bağlı Hafta.az-a müsahibə verib.
F.Quliyev Azərbaycanın tədbirləri daha da gücləndirməli olduğunu və hərbi yolla davam etməyin düzgün olduğunu deyib.


- Cəbhədəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Müharibə gedir və hələ də bitməyib. İndi əsl müharibə ilə qarşılaşırıq. Atəşkəs deyilən rejim simvolik bir şey idi. Onsuz da ermənilər hər gün atəşkəsi pozurdular. Hər gün atışmalar olur, hər gün şəhid veririk. Təbii ki, düşmənin atdığı addımlara adekvat olaraq Azərbaycan Müdafiə Nazirliyinin cavabları normal qarşılanmalıdı. Mən hesab etmirəm ki, danışıqlarla nəyisə həll etmək mümkündü. Ermənilər əvvəldən təcavüzü planlaşdıran dövlətdi. Onların məqsədi Azərbaycanda daxil olmaqla, türk dövlətlərinin ərazisində Böyük Ermənistan qurmaqdı. Məncə, əvvəl-axır hərbi yola əl atmaq lazımdı. Beynəlxalq təşkilatlar bu məsələnin dinc yolla həll edilməsini istəyirlərsə, biz də onlara bunun üçün vaxt limiti qoymalıyıq. Buyurun, biz də məsələnin dinc yolla ədalətli həllində maraqlıyıq. Ermənilər Azərbaycan torpaqlarını tərk etsin, dövlət sərhədlərimiz BMT-nin tanıdığı formada təmin edilsin. Amma o vaxt limitində bunlar təmin edilməyəcəksə, müharibə qaçılmazdı. Ermənilər sülh danışıqlarını gündəmdə saxlaya-saxlaya atəşkəsi pozub Azərbaycan əsgərlərini öldürürsə, biz haqlı olaraq tədbirlər görürük. Mən hesab edirəm ki, bu tədbirlər daha da gücləndirilməlidi və ermənilər yerində oturmalıdırlar.
Fərəc Quliyevin tədbir görmək fikri yoxdur: “Yenə xalqın yanındayıq”
Fərəc Quliyevin tədbir görmək fikri yoxdur: “Yenə xalqın yanındayıq”
Partiyanın sədri, millət vəkili Fərəc Quliyev Modern.az-a açıqlamasında bu cür hücumları təşkil edənlər haqqında ümumi danışdı.
“Uzun müddət saytımıza çox ciddi şəkildə kiber hücumlar oldu. Göründüyü qədər, bizim ideoloji xəttimizlə bağlı olaraq bütöv Azərbaycan üçün İran və ya Rusiyanın Azərbaycana adekvat münasibətindən doğur. Bu ölkələrin Azərbaycanda təşkilatlanma işləri görməsi və onların qarşısında durmağımıza görə bu cür cəhdlər olur. Üstəlik, son prezident seçkilərindən sonra milli demokratik düşərgə olduğumuz ortaya çıxdı ki, biz gerçəkdən millətə söykənən, millətin dərdi ilə dərdlənən və yaxud da millətlə problemi həll etmək istəyən təşkilatıq. Bu müddət ərzində özünü demokratik düşərgə adlandıranlarınsa başı Rusiyanın qoltuğundan çıxdığı açıq şəkildə göründü. İndi bu məsələlərlə bağlı hər kəs eyni zamanda, bu dəstədən olanlar bizə etiraz edirlər.