- Müharibə vaxtı Ordubadda belə bir hadisə baş verdi. Ermənilər bir çobanımızı öldürüb qoyunları aparmışdılar. Həmin zaman biz qatarı saxladıb erməniləri əsir götürdük və mən göstəriş verdim ki, qadın və uşaqları Mehriyə yola salsınlar. Biz qalan ermənilərlə qoyunları başa-baş dəyişdik, sözsüz ki, çobanımızı öldürdüklərinə görə bir-ikisi də kəsir gəldi ermənilərdən. Orda erməni korpusunun Georq adlı komandiri vardı. Biz erməni əsirlərlə qoyunları dəyişəndə özündən uyduraraq dedi ki, biz ermənilər müharibə olmasını istəmirik, sülhün əldə edilməsi yolunu tapmaq lazımdır. Mən hətta sizi Mehriyə dəvət edirəm. Həmin vaxt Naxçıvanın daxili işlər naziri işləmiş rəhmətlik Mamed müəllim də yanımdaydı. Georqdan soruşdum, bizi Ermənistana dəvət edirsiniz? Cavab verdi ki, bəli, qorxmursunuzsa, gedək. Razılaşdım, cavab verdim: "Gedək". Mamed müəllimə də dedim ki, "UAZ"a əyləşin, Ermənistana gedirik. Georq sözünü geri götürə bilmədi. Ordubaddakı özünümüdafiə qüvvələrinə tapşırdım ki, əgər 3 saat müddətinə geri qayıtmasaq, heç bir xəbər və ya əmr gözləmədən, əlinizdəki bütün arsenalla Mehrini bombalayın. Çünki onda hərbi cəhətdən strateji yüksəklik sayılan "Soyuq" əlimizdəydi. Mehri, Qafan, Gorus həmin strateji yüksəklikdəki hərbçilərimizin əllərinin altındadır. Maşınlara əyləşib, Mehriyə yollandıq. Yolda təklif etdilər ki, bəlkə çayın kənarında, Mehri stansiyasında çay içək. Razılaşmadım, dedim, ancaq Mehrinin özünə getməliyik....