F.Quliyev Milli Məclisin 15 mart 2013-cü ildəki iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən də bununla bağlı demişdir ki, “Dövlət Neft Fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Təklif edirəm ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilsin və əsgərlikdən qayıdan, kənd və rayonlarda yaşayan bütün gənclərə istinasız olaraq illik 3 faiz olmaq şərti ilə təsərrüfat fəaliyyəti üçün kredit və torpaq sahəsi, daimi yaşayış yeri şəhər olan gənclərə şəhər ətrafında mənzil tikmək üçün torpaq sahəsi və iş qurması üçün müvafiq layihə təkliflərinə uyğun olaraq eyni faizlə kreditlər nəzərdə tutan dövlət siyasəti proqramı hazırlansın”.