Fərəc Quliyev:“Milli Ordumuzun gözdən salınmasında xarici qüvvələrin marağı var”
Fərəc Quliyev:“Milli Ordumuzun gözdən salınmasında xarici qüvvələrin marağı var”
- Ordu rəhbərliyi əleyhinə aparılan kampaniyanın hakimiyyətdəki bəzi Rusiyayönümlü qüvvələr tərəfindən idarə edilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu fikirləri nə dərəcədə ciddi hesab edirsiniz?
- Hesab edirəm ki, ordumuzun zəifləməsində, gözdən salınmasında xarici qüvvələrin marağı var. Son vaxtlar Rusiyada RATİ-nin yaranması, müxtəlif qurumların Azərbaycan daxilində pozuculuq fəaliyyəti aparması, cəmiyyətdə müəyyən qarşıdurmaların yaradılmasına səy göstərilməsi, şimal bölgəsi ilə bağlı bəzi projelərin həyata keçirilməsi və s. bizim düşmənlərimizin işidir. Mən düşmənləri daxildə axtarmaqdan daha çox xaricdə axtarmağın tərəfdarıyam və hesab edirəm ki, Milli Ordumuzu, milli resursumuzu gözdən salmaq olmaz.
Millət vəkil Fərəc Quliyevin 05.03.2013 tarixdə Milli Məclisin iclasında çıxışı.
Millət vəkil Fərəc Quliyevin 05.03.2013 tarixdə Milli Məclisin iclasında çıxışı.
...Məmurların özbaşınalığı, vətəndaşların dövlət qurumlarında incidilməsi, insanlarla kobud davranılması kimi faktların geniş yayıldığı bir vaxtda Müvəkkilin bu məsələlərə münasibəti ümumi və səthi xarakterdə olmamalıdır.Bu institut əməli fəaliyyətlə qanunun ,vətəndaşların yanında olmalıdır.
...nümayişçilərin döyülməsi, jurnalistlərin həbsilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlardan və ölkələrdən gələn tənqidi hesabatlarının nəticələrini aradan qaldirmaga çalışmaqdansa,asayişin qorunması zamanı bu funksiyanı yerinə yetirənlərin insanlarla qanun çərçivəsində davranmasını,zorakılıq hallarına yol verenlərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün Müvəkkil də üzərinə düşənləri etməlidir.
...Sumqayıt hadisələrilə bağlı cinayət işi təzələndi. Amma 3 ildir ki, ortada ciddi bir iş yoxdur.Bu məsələ ilə baglı da müəyyən tövsiyələrin hazırlanması zəruridir.
...hesab edirəm ki,uzun illərdir mənzillərində məcburi köçkünlər məskunlaşan,kirayədə qalmaq məcburiyyətində qalan vətəndaşların,xüsusilə hərbçilərin mənzillərini özlərinə qaytarmaq üçün bu mənzillərdə məskunlaşan məcburi köçkünlərin ilk növbədə mənzillə təmin olunması yönündə addımlar atılmalıdır...

ÇIXIŞIN TAMAMINI BURADAN OXUYUN...!!!
SEPAH-ın sabiq komandanının Qarabağ açıqlamalarına faktlarla təkzib gəldi
SEPAH-ın sabiq komandanının Qarabağ açıqlamalarına faktlarla təkzib gəldi
Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, o dövrdə İran Azərbaycana yox, Ermənistana kömək edirdi: "Müharibədə İran tərəfindən rəsmi şəkildə kömək göstərilibsə, bu, erməni tərəfinə ola bilər, Azərbaycan tərəfinə yox. Ancaq Güney Azərbaycandan bura gəlib ordu tərkibində yox, sadəcə, torpaqların qorunması uğrunda döyüşən soydaşlarımız olub. Məsələn, Əlirza Amanbəylinin adını çəkmək olar. O, Qarabağ müharibəsində ermənilərlə vuruşub. Belə adamlar onlarla olub. Ancaq İran rəsmiləri tərəfindən mövqe birmənalı Ermənistanın tərəfində olub. Biz Ordubadda Xatxat deyilən döyüş zamanı ermənilərin mövqelərini ələ keçirdik. Bu zaman dəhşətli bir mənzərənin şahidi olduq. Belə ki, orada İran istehsalı olan elektrik generatorları, silahlar, geyimlər, qida maddələri vardı. Bir növ bütün bunları ermənilərə hədiyyə etmişdilər. Deməyim odur ki, müharibədə heç vaxt İran tərəfi rəsmi olaraq Azərbaycanı dəstəkləməyib".
Fərəc Quliyev: “Ermənistan təyyarəsi yox, aeroportun özü bombardımana məruz qalmalıdır.”
Fərəc Quliyev: “Ermənistan təyyarəsi yox, aeroportun özü bombardımana məruz qalmalıdır.”
Bu və bənzər sualları cavablandıran Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, millət vəkili Fərəc Quliyev partiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında Xocalı aeropotunun istifadəyə açmasını real saymır və bunu Ermənistan Prezidentinin seçkiqabağı təbliğat üçün dilə gətirdiyinə inanır. Millət vəkilinin fikrincə, öz xalqını yalanla aldatmağa öyrəşən Serj Sarkisyanın verdiyi bəyanatda vəd edilən tarixin seçkidən sonraya təsadüf etməsi də bunun sübutudur: “Ermənistan rəhbərinin fikri ciddi olsaydı Xocalı aeroportunun açılması tarixini seçki öncəsinə təyin edib bundan əlavə divident də əldə edə bilərdi. Vəd olunan zamanın seçkidən dərhal sonraya təsadüf etməsi onu göstərir ki, Ermənistan rəhbərinin özü də bu açıqlamanın real olmadığını görür. Tarixin bu cür seçilməsində məqsəd yalan vədin üzə çıxacağı təqdirdə onun seçki prosesinə təsir göstərməməsini təmin etməkdir.”-deyən millət vəkilinə görə, üzərindən bir neçə gün keçməsinə baxmayaraq Ermənistanın vəd etdiyi vaxtda uçuşu reallaşdırmaması da bəyanatın seçkiqabağı şou olduğundan xəbər verir.
21 Fevral - Beynəlxalq Ana dili günü tədbirində Fərəc bəyin ÇIXIŞI / VİDEO
21 Fevral - Beynəlxalq Ana dili günü tədbirində Fərəc bəyin ÇIXIŞI / VİDEO
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin 21.02.2013-cü il tarixində Dünya Azəırbaycanlılarının İnformasiya Mərkəzində Güney Azərbaycan türklərinin öz ana dillərində təhsilə qoyulan qadağa və bu qadağaya qarşı olanların təqib və təziqlərə məruz qalmaları mövzusunda konfrans keçirib.

MDHP Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəyli tədbir iştirakçılarını slamlayaraq Güney Azərbaycanda öz tarixi torpaqlarında yaşayan Azərbaycan Türklərinin milli azadlıqları uğrunda sivil mübarizəsi haqda geniş məlumat verərək son zamanlarda Güney Azəırbaycanda milli fəaliyyətlərinə görə həbsolunan soydaşlarımızın sayının daha da artığını bildirdi.
MDHP Sədri Millət vəkili Fərəc Quliyevin həmin tədbirdəki çıxışını TƏQDİM EDİRİK
Partiyalar dövlətin ayırdığı maliyyə vəsaitini hara xərcləyəcək? - ŞƏRH
Partiyalar dövlətin ayırdığı maliyyə vəsaitini hara xərcləyəcək? - ŞƏRH
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də deyir ki, partiyaların dövlət tərəfindən maliyyələşməsinə müəyyən qədər dəstək verilməsi islahatçı addımdır və alqışlanmalıdır:“Ancaq ona da narazılığımı bildirirəm ki, bu vəsait olduqca azdır.
“Fikirləşmişəm ki, ölkədə siyasi hakimiyyət uğrunda mübarizə aparan təşkilatlar kənar qüvvələr tərəfindən maliyyələşməməlidir. Çünki onlar öz istəklərini bu qüvvələr vasitəsilə həyata keçirməyə və ölkədə üst düzənə gətirməyə çalışa bilərlər. Əgər ölkəmiz seçim edibsə və artıq bu siyasi mühiti özü formalaşdırmaq istəyirsə vəsaitin miqdarı mütləq artırılmalıdır. Hesab edirəm ki, cənab prezident bizim bu çağırışları nəzərə alacaq”.
Fərəc Quliyev: - Vətənsevər yazıçımız haqqinda nə dedi. / VİDEO
Fərəc Quliyev: - Vətənsevər yazıçımız haqqinda nə dedi. / VİDEO
Milli Dirçəliş Hərəkatı Partiyası tanınmış yazıçı, alim, publisist və ictimai-siyasi xadim İsrafil Məmmədovun 85 illik yubiley tədbirini keçirdi.Tədbir 07 fevral 2013-cü il tarixində saat saat 14 00 da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda İsrafil müəllimin ailə üzvləri və ölkəmizin tanınmış ziyalılarının iştirakilə keçirilib.
Yubiley tədbirində Millət Vəkilləri,tarixçi alimlər,ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edib.
Tədbirdə yubliyarın həyat və yaradıcılığı haqda məruzə və çıxışlar olub.
Milli Dirçəliş Hərəkatı Partiyasi İsrafil Məmmədovun Milli zəmindəki fəaliyyətini nəzərə alaraq "FƏXRİ FƏRMAN"la yazıçı, alim və İctimai-siyasi xadimi təltif edib
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyevin tədbirdəki çıxışını TƏQDİM EDİRİK
Deputat: “Gündəmi dəyişmək lazım deyil”
Deputat: “Gündəmi dəyişmək lazım deyil”
Millət vəkili Fərəc Quliyev hesab edir ki, bu gün gündəm təşkil edəcək daha ciddi mövzular var ki, belə olduğu halda İsa Qəmbərin hər hansı səfəri ətarfında ciddi müzakirələrin aparılması mənasız cəhd kimi görünür: “Bu gün Azərbaycanda, yerləşdiyimiz regionda, dünyada ciddi hadisələr baş verir ki, əsas diqqətimizi məhz bu iqtiqamətə yönəltməliyik. Bir siyasətçi kimi də məhz bu məsələrlə bağlı şərh verməyimiz daha doğru olardı. Misal üçün “Ziyalılar Forumu”nun həmtəsisçisi, yazıçı Əkrəm Əylisinin romanı daha ciddi müzakirə mövzudur, nəinki İsa Qəmbərin səfəri. İsa Qəmbərin Lənkərana səfəri ciddi hadisə deyil ki, buna münasibət bildirək. Görünür onlar özləri diqqət mərkəzinə gəlmək istədikləri üçün bu cür məsələlərlə ictimai rəyi məşğul etməyə çalışırlar. Mən isə düşünürəm ki, gündəmi dəyişmək, ictimaiyyətin diqqətini mənasız məsələrə yönəltmək lazım deyil”.
"Ermənilərlə danışmağın mənası yoxdur" - Fərəc Quliyev
-Bu arada Ermənistanda prezident seçkiləri öncəsi baş verən daxili siyasi prosesləri necə dəyərləndirərdiniz?

-Ermənistanda sui-qəsd edilmiş prezidentliyə namizəd hələ bir müddət əvvəl bəyanat vermişdi ki, biz Rusiyanın Ermənistana təsirlərini minimuma endirməli və müstəqil dövlət kimi davranmalıyıq. Bu fiqur, persona daha çox Rusiyadan asılı olmayan siyasətin yürüdülməsi tərəfdarlarından biri idi. Ona atılan güllə də məhz prezidentliyə namizədin bu fikirlərinə görədir. Yəni Rusiyanın işğalından qurtulmaq istəyində olan bir namizədə atılan güllədir. Ermənistanda istər prezident, istərsə də digər seçkilər olsun, bu ölkədə idarəetmə sisteminin mütləq Rusiyanın əlində olmasının təmin edilməsi düşünülür. Hesab edirəm ki, bu seçkilərdə də həmin siyasət davam edəcək. Biz bu günlərdə Polşada keçirdiyimiz görüşlərdə də bildirdik ki, Ermənistan tərəfi heç vaxt demokratik bir mühitdə seçkilər keçiməyib, bu istəkdə olmayıb. Ancaq təssüflər olsun ki, Avropa təsisatları Ermənistanın bu mahiyyətin göz ardına qoyub, ona fikir vermək istəməyiblər. İndiki halda Ermənistanda prezidentliyə namizədin güllələnməsi, bir neçə il əvvəl silahlı şəxslərin parlamentə girərək spiker də daxil olmaqla bir neçə nəfəri qətlə yetirməsi Ermənistanın mahiyyətindən xəbər verən məsələlərdir. Ona görə də düşünürəm ki, irəlidə də bu cür sürprizlərin olacağı qaçılmazdır.
İki nazirin, 8 deputatın səfərinin nəticələri
İki nazirin, 8 deputatın səfərinin nəticələri
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Polşa səfərinin nəticələrindən danışarkən belə deyib:

"Orada əməkdaşlıq üçün çox böyük imkanlarımızın olması da üzə çıxdı. Əslində Avropa təsisatlarında çalışa biləcək kadrların hazırlanması üçün Polşanın imkanlarından yararlanmaq potensialı məlum oldu. Görüşlərin də çox böyük əhəmiyyəti oldu: həm Seymdə, həm XİN-də olanlar. Bir sıra rəsmilərlə dialoq çox uğurlu nəticələndi. Eyni zamanda Şamaxı ilə Lodsk şəhərinin qardaşlaşması ilə bağlı müqavilə imzalandı. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun müstəsna xidmətləri oldu. Çünki 4 günlük səfərin nəticələri 4 günlə əlaqəli deyil. Bu, aylarla çəkilmiş zəhmətə bağlıdır. Elxan Süleymanov dəfələrlə ora getməsi, polşalı parlamentarilərlə görüşləri, Polşanın Avropa Parlamentindəki təmsilçiləri ilə bir araya gəlməsi öz əhəmiyyətini göstərməyə başlayıb. Onun əməyini həm də ona görə yüksək qiymətləndirirəm ki, iki il əvvəl Azərbaycana qarşı çıxan deputatlar respublikamızın mövqelərini müdafiə etməyə başlayıblar".
Fərəc Quliyev: “Özünü qəhrəman kimi göstərməyə çalışan bəzi insanlar radikal şəkildə, ifrat dərəcədə qarşıdurma yaratmağa meyllidirlər”
Fərəc Quliyev: “Özünü qəhrəman kimi göstərməyə çalışan bəzi insanlar radikal şəkildə, ifrat dərəcədə qarşıdurma yaratmağa meyllidirlər”
- Fərəc bəy, hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- İctimai-siyasi vəziyyəti ölkənin indiki hərbi durumuna sıx bağlıdır. Bizim iradəmizdən asılı olmayaraq, müharibə ilə üz-üzə dayanmışıq. Azərbaycana qarşı bu ədalətsiz müharibə ölkədəki ictimai-siyasi vəziyyətə də xeyli təsir edir. Yəni, demokratik institutların tam oturuşmasını təmin etmək imkanı olmur. İnsanların hüquqlarını tam bərpa etmək imkanı yoxdur. 1 milyona yaxın insanın mülkiyyət hüququ pozulub. Cəmiyyətdə mövcud olan bəzi sosial məsələlər də hərbi xərclərimiz üzündən tam həll edilmir. Halbuki müharibə şəraitində olmasaydıq, maaşların bir neçə dəfə artırılmasına, insanların sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaranardı. Lakin buna baxmayaraq, seçki keçirilməsi üçün normal şəraitin yaradılmasında hər hansı problem müşahidə etmirəm. Ölkədə normal seçkinin keçirilməsi üçün müəyyən tədbirlər görülür. Bu, davamlı olacaqdır. Sadəcə mən, mübarizənin sivil formada, namizədlərin bir-birinə hörmətlə yanaşmasının tərəfdarıyam. İndiki ictimai-siyasi durum özündə onu ehtiva edir ki, özünü qəhrəman kimi göstərməyə çalışan bəzi insanlar radikal şəkildə, ifrat dərəcədə qarşıdurma yaratmağa meyllidirlər. Sivil yolla mübarizə aparmaq iqtidarında olmadıqları üçün, bu yolla gündəmdə qalmağa çalışırlar. Bu isə normal yanaşma tərzi, mübarizə metodu deyil.
Fərəc Quliyev: - Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir.
Fərəc Quliyev: - Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir.
Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev “Gündəlik Teleqraf”a açıqlamasında deyib ki, əslinə burada təəccüblü bir şey yoxdur. Onun sözlərinə görə, Rusiyanın indiyədək də davranışı məhz bu cür olub: “Rusiya münaqişə başlanan gündən mütəmadi olaraq Ermənistanın tərəfindən çıxış edib və ATƏT-in Minsk Qrupundakı bitərəfliyini, tərəfsizliyini çoxdan itirib. Azərbaycan haqlı olaraq öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcəyini bildirəndə də hər zaman Rusiyanın KTMT çərçivəsində Ermənistana kömək edəcəyi açıqlanıb. Üstəlik, Ermənistanı müasir silahlarla təmənnasız silahlandırmaqla məşğul olub. S-300, daha sonra isə S-400 tipli raketləri onlara verib. Bu, ilk növbədə Ermənistanın xarici siyasətinin olmadığını göstərir. İkinci onu göstərir ki, Qarabağ təkcə Ermənistan tərəfindən işğal olunmayıb, Ermənistan bir maşadır. Ermənistanın forpost dövlət olması həm də ona görə ortadadır ki, bu ölkənin müstəqilliyinin 20 illiyi ilə bağlı keçirilən hərbi paradda rus texnikası, rus əsgərləri Rusiya bayrağı altında keçid edirdilər. Yəni, Ermənistan birmənalı şəkildə Rusiyanın əyaləti funksiyasını yerinə yetirən bir dövlətdir. Amma Rusiya əgər gerçəkdən bir qonşuluq siyasəti yürütmək istəyirsə, doğrudan da, ATƏT-in Minsk Qrupunun üzvü olaraq bölgədə sabitlik istəyirsə, bu davranışına son qoymalıdır. Biz bu istiqamətdə dəfələrlə çağırışlar etmişik. Amma buna baxmayaraq həm Ermənistanın mövqelərini qətiyyətlə dəstəkləməsi, həm də bundan sonrakı təcavüzü üçün onun silahlandırılması göstərir ki, Rusiyanın ATƏT-in Minsk Qrupunda fəaliyyəti artıq mümkün deyil”.

Millət vəkili qeyd edib ki, Ermənistan təcavüzkarlığı əvvəlcədən planlaşdıran bir dövlətdir: “Asimus aqressimus deyilən bir termin var. Bu termin əsl Ermənistana uyğun gələn bir termindir. Bunların planında türk torpaqlarında “Böyük Ermənistan” qurmaq dayanır. Bütün bunlara baxmayaraq Rusiya Ermənistanın yanında dayanmaqda davam edir. Son vaxtlar Ermənistana yenidən silahların verilməsi, dəstəyin gücləndirilməsi göstərir ki, Rusiya ATƏT-in Minsk Qrupunda heç vaxt ədalətli mövqe tutmayacaq. Rusiya təcavüzə məruz qalanla təcavüzkar arasında nəinki bərabərlik işarəsi qoyur, həm də təcavüzkara maddi-texniki yardımlar edir, siyasi dəstək verir və bunu gizlətmir. Ona görə də biz Rusiya ilə münasibətlərimizə ya yenidən baxmalı, ya da Rusiya ilə bu məsələləri açıq şəkildə danışmalıyıq. Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir”.
MDHP Başqanı, Millət Vəkili Fərəc Quliyev 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir
MDHP Başqanı, Millət Vəkili Fərəc Quliyev 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir
Sabah dünyanın əksər ölkələri yeni ilin gəlişini bayram edəcəklər. Amma 31 dekabr günü Azərbaycan türkləri üçün ikiqat bayramdır. Artıq 23 ildir ki, ölkə və bütün dünyada soydaşlarımız dekabrın 31-ni həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qutlayır. Həmin münasibətlə məhz bu tarixin seçilməsi isə qətiyyən təsadüfi deyil. Çünki 1989-cu il dekabrın 31-də çar Rusiyası və İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin şərtləri əsasında ikiyə bölünmüş Azərbaycan arasında çəkilmiş sərhədlər millətin iradəsilə dağıdıldı. Bununla da 1946-cı ildən sonra dünya yenidən Azərbaycan türklərinin "bölünmüş millət" olmaları faktıyla üz-üzə qaldı. Dünya heyrət içindəydi: Azərbaycan türkləri planetin yarısına hökm edən "şər imperiyası"nın sərhədlərini dağıtmışdı. Bir sözlə, Qərbin 70 ildə bacarmadığı bir işi Azərbaycan türkləri bir neçə saata həyata keçirdilər.
Həmin tarixdən etibarən bütün dünya azərbaycan türkləri 31 Dekbr tarixini hərəylik bayramı olaraq qəbul edir və bu müqəddəs günü böyük fərəh hissilə bayram edir.
Bu möhtəşəm bayram münasibətlə bütün soydaşalrımı öz adımdan və rəhbərlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) adından təbrik edirəm.
Sizlərə qarşıdan gələn yeni təqvim ilində uğurlar və can sğlıqı, milltimizə Bötöv Azərbaycan mücadiləsində başarılar və qələbə arzulayıram.

GÜCÜMÜZ BİRLİYİMİZDƏ VƏ HƏMRƏYLİYİMİZDƏDİR

Hörmətlə:
Milli Dirçəliş Hərkatı Partiyasının Sədri, Millət Vəkili
Fərəc Quliyev


Bakı 30.Dekabr “ 2012-ci il
Mİlli Məclisin sədri Fərəc Quliyevi 50 illik yubileyi münasibəti ilə TƏBRİK ETDİ
Mİlli Məclisin sədri Fərəc Quliyevi 50 illik yubileyi münasibəti ilə TƏBRİK ETDİ
FƏRƏC QULİYEV - 50

Hörmətli Fərəc müəllim!
Mİlli Məclisin sədri Fərəc Quliyevi 50 illik yubileyi münasibəti ilə TƏBRİK ETDİ



Sizi - Milli Məclisin deputatını, tanınmış siyasətçini anadan olmağınızın 50 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Siz doğulduğunuz Ordubad rayonunun Üstüpü kənd orta məktəbini qızıl medalla bitirərək, ölkəmizin ən qocaman təhsil ocaklarından biri olan Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşsunuz. Əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodunda feldşer kimi başlamışınız. Sonralar doğulub boya-başa çatdığınız Naxçıvana qayıtmış, müxtəlif vaxtlarda Ordubad rayonunun Çənnəb və Üstüpü kənd xəstəxanalarında həkim və baş həkim kimi çalışmışınız.

Siz ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə geniş vüsət almış Xalq Cəbhəsi hərəkatının fallarından olmusunuz. Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri və partiya sədrinin birinci müavini kimi fəaliyyət göstərmisiniz. Siz Azərbaycanın Müstəqillik aktının hazırlanmasında fəal iştirak etmişiniz. 1990-cı ildə Azərbaycanın Ali Sovetinə deputat seçilmişiniz.

Siz ölkə həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmamış, hadisələrə öz münasibətinizi bildirmişiniz. Sizin Azərbaycan diasporu ilə bağlı fəaliyyətiniz ictimaiyyətə yaxşı məlumdur.

Bu gün dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi qanun yaradıcılığı işində səmərəli fəaliyyət göstərirsiniz. Milli Məclisin Türkiyə, Belçika, Qazaxıstan, Litva, Moldova, Rumıniya və Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi parlamentin beynəlxalq əlaqələrinin inkişafında fəaliyyətiniz təqdirəlayiqdir.

Hörmətli Fərəc müəllim!

Sizi 50 illik yubileyiniz münasibəti ilə bir daha ürəkdən təbrik edir, ömrünüzün bu kamillik çağında Sizə uzun ömür, can sağlığı, ailə səadəti arzulayır, uğurlar diləyirəm!

Hörmətlə,

OQTAY ƏSƏDOV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri


Bakı şəhəri, 22 dekabr 2012-ci il
“Milli Məclis” jurnalı. Noyabr - Dekabr 2012 69