Hörmətli cənab Spiker, nümayəndə heyyətimizlə görüşə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Bugünkü və dünənki görüşlərimiz və debatlar məndə o qənaəti yaradır ki, Belçika dövləti işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymayacaqdır. Bu dövlətinizin ədalətli mövqedən çıxış etməsinə, beynəlxalq hüquqa hörmət etməsinə işarədir. Dövlətiniz haqqında verdiyiniz məlumatdan o da aydın oldu ki, Belçikada əhalinin 40%-ə qədəri fransız icmasına aiddir. İcmanız Belçikanın inkişafına öz töhvəsini verir...