Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə tutduğu mövqeni xüsusilə vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev sammitdə Ermənistanın nüvə reaktorunun region üçün təhlükəli olduğuna dair məsələ qaldırıldı və bunu öz fikirləri ilə əsaslandırdı. Çünki hər hansı bir nasazlıq olsa, Metsamor AES region üçün böyük fəlakətə səbəb ola bilər”.
Millət vəkili hesab edir ki, iqtidarda və müxalifətdə təmsil olunmasından asılı olmayaraq deputatlar bu istiqamətdə səyləri davam etdirməlidirlər.