Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev: "Mən prezident seçilsəm, Neft Fondunun xaricdə olan vəsaitlərinin əksəriyyətini Azərbaycana qaytaracağam"
“Biz gənclərimizə sahib çıxmalıyıq. Çalışmalıyıq ki, gənclərimiz xaricə sığınmasınlar. Bizim 1 milyon 600 mindən çox gəncimiz Rusiyada qalmasın. Sadə bir resept demək istəyirəm. Mən prezident seçilərəmsə, Azərbaycan Neft Fondunun xaricdə olan vəsaitlərinin böyük əksəriyyətinin Azərbaycana qayıtmasını təmin edəcəm. 1 milyon 600 min xarici vətəndaş olmayacaq. İkincisi, 1 milyon 600 min qızlarımız evlərdə qarımayacaq. Bu insanlar əyalətdə bolluq, şəhərdə ucuzluq yaradacaqlar”.