Fərəc Quliyev: -Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun-
Fərəc Quliyev: -Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun-
Kazimirovun "Naxçıvan sərsəmləmələrinə" MR siyasiləri nəhayət reaksiya verdilər
Fərəc Quliyev: "Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun"
"Mən bu mövzu ilə bağlı nümayiş olunan susqunluğu kəskin şəkildə pisləyirəm"

Uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan, lakin ortaya heç bir nəticə çıxara bilməyən ATƏT-in Minsk Qrupu müxtəlif vaxtlarda istər rəsmi Bakının, istərsə də Azərbaycan ictimaiyyətinin fərqli təbəqələrinin kəskin tənqidinə tuş gəlib. Cərəyan edən bəzi hadisələr qurumun heç bir real işlə məşğul olmadığına, sadəcə, baş girələdiyinə əyani sübutdur.
Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir.
Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir.
Avronest Parlament Assambleyası - 29.05.2013 Plenar iclasın ikinci günü.

Avronest Parlament Assambleyasının plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyevin ,Vulnusda keçiriləcək sammitə təklifləri:

Təşəkkür edirəm, cənab sədr!

Hörmətli kolleqalar,Vulnusda keçiriləcək sammitə təkliflərimi nəzərinizə çatdırmaq istəyirəm. Əvvəla hamımız bilirik ki, Avronest Parlament Assambleyasının fəlsəfəsi əməkdaşlıqdırsa, əməkdaşlığın özünün hədəfi də təhlükəsizlikdir. Buraya iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyin qorunması və s. aiddir. Dünən cənab Fulenin konseptual bir çıxışı oldu və o, həm Aİ-nin prioritet və hədəflərini göstərdi və həm də Şərq tərəfdaşlarının Avropa təsisatlarından gözləntilərini soruşdu. Şərq tərəfdaşları təbii ki, əməkdaşlıqda maraqlıdır. Amma şərq tərəfdaşlarının yerləşdiyi bölgədə münaqişələr varsa və bu münaqişələr öz həllini tapmırsa hansı əməkdaşlıqdan danışmaq mümkündür? Bu yalnız işğal altında olan Şərq Tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinin işğaldan azad olunması müqabilində reallaşa bilər. BMT tərəfindən tanınmış sərhədlərə, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin sərhədlərinə hörmətlə yanaşılmalı və ümumi səylərlə Azərbaycan və Gürcüstanın pozulmuş ərazi bütövlüyü bərpa olunmalı, işğalçı ordular bu ölkələrin ərazilərindən çıxarılmalıdır.
MDHP lideri Fərəc Quliyevin BMM-də Qarabağ problemi mövzusunda çıxışı / VİDEO
MDHP lideri Fərəc Quliyevin BMM-də Qarabağ problemi mövzusunda çıxışı / VİDEO
MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO
MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin təşəbüsü ilə Bütöv Azərbaycanın xalq Qəhrəmanı,uzun illər erməni terrorçularına və işğalçılarına qarşı mübarizə aparan Sultan bəyin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirdi.
Tədbir 20 May 2013-cü il tarixində saat 12 00-da Beynəlxaq Mətbuat Mərkəzində keçirilib.
Tədbir zamanı Xalq Qəhrəmanı Sultan bəyin Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şücaətlər, işğalçı və terrorçu erməni quldurlarına qarşı apardığı cəsarətli mübarizəsini əks etdirən məruzələr, çıxışlar və video görüntülər nümayiş etdirilib.
Tədbiri MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev açıq elan edərək Sultan bəyin anadan olmasının 140 illiyi ilə bağlı məruzə üçün sözü Elbrus Hacıyevə verdi. Sultan bəyin həyatı və fəaliyyətini tam əks etdirən məruzə dinlənildikdən və videogörüntülər izləndikdən sonra Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevə soz verildi...
Fərəc Quliyev ATƏT-in fəaliyyət prioritetlərinə etiraz etdi
Fərəc Quliyev ATƏT-in fəaliyyət prioritetlərinə etiraz etdi
Görüşdə Cənab Antonio Kuto dos Santos, Millət vəkili (Portuqaliya), Xanım Nuno Peyçşo, ATƏT PA-da Portuqaliya nümayəndə heyətinin katibi, Xanım Tina Şon, ATƏT PA-nın nümayəndəsi və ATƏT Bakı ofisinin rəhbəri Koray Taragay da iştirak edirdi.
Görüş zamanı MDHP sədri Fərəc Quliyev çıxışında bildirdi ki, Azərbaycandakı bugünkü durum qənaətbəxş sayıla bilməz və bu təkcə Azərbaycanın iradəsindən asılı deyil. ATƏT-in Dağlıq Qarabağ problemi ilə bağlı fəaliyyətsizliyi və müəyyən etdiyi istiqamətlər müsbət heçnə vəd etmir. Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın problemi deyil və regionda həm demokratiyanın üstün vəziyyətə gətirilməsi həm də təhlükəsizlik üçün təhdiddir. ATƏT əməkdaşlıq və təhlükəsizlik təşkilatıdır. Amma görünən odur ki, ATƏT-i yalnız müəyyən çərçivədə əməkdaşlıq düşündürür və təhlükəsizlik isə göz ardına verilir. Belə yanaşma Qafqaz evinin qurulmasını istəməyən Rusiyanın maraqlarına uyğundur. Bu münaqişədə “tərəflər razılığa gəlsin bizdə bu razılığı tanıyarıq” yanaşması ATƏT-in Minsk qrupu tərəfindən təklif olunur ki, bu da yalnışdır.
Millət vəkili sonra ölkədəki insan haqları, köçkünlərin vəziyyəti, münaqişənin insan haqlarının tam bərbəqərar olunmasına mane olması ilə bağlı fikirlərini bölüşdü.
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO
Bu gün MDHP Qarabağ Departamentinin növbəti yığıncağı keçirildi. Yığıncaqda Qarabağ Departamentinin üzvüləri: alimlər, keçmiş döyüş komandirləri, işğal altınad olan Qarabağ bölgəmizin ağsaqqalları ilə bərabər Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyev, MDHP Ali Məclisinin sədri Tahir Seyidov, MDHP sədrinin birinci müavini Bayram Abbasov, MDHP Qərbi Azərbaycan Departamentinin sədri Arif Abbasov, Binəqədi rayon şöbəsinin sədri Cavanşir Rzazadə iştirak ediblər.
Yığıncağı Qarabağ Departamentinin sədri Şakir Ağayev açıq elan edərək, görülən içlər barəsində və yığıncağın gündəliyində olan məsələlər haqda məlumat verdi.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev yığıncaqda əhatəli çıxış edərək Qarabağ Departamentinin fəaliyyətinin qənətbəxş olduğunu vurğuladı. Təşkilatın qarşıda duran vəzifələrini yerinə yetirmək üçün daha ciddi toparlanması və Azərbaycanın müstəqil ölkə kimi güclənməsindən narahat olan quvvələrin aktivləşməsinin narahatlıq yaradacaq hal kimi qiymətləndirilməsini və bütün bunlara hazırlıqlı olmağı Fərəc bəy yığıncaq iştirakçılarına tövsiyə etdi.
Yığıncaqda planlı şəkildə Azərbaycan torpaqlarının işğal olunması, Qarabağ döyüşlərinin nəticələri, İtirilmiş torpaqların geri alınması və s. məsələlərin müzakirəsi ilə yanaşı Azərbaycanın qəhrəman oglu, keşən əsrin əvvəllərində erməni hücumlarının qarşısını mərdliklə alan Soltan bəyin həyatı və fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırıldı.
MDHP lideri, Millət Vəkili Fərəc Quliyev GAİP sözçüsü Saleh İldırımı MDHP-nin mərkəzi qərarganında qəbul etdi.
MDHP lideri, Millət Vəkili Fərəc Quliyev GAİP sözçüsü Saleh İldırımı MDHP-nin mərkəzi qərarganında qəbul etdi.
Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırım Bakıda səfərdədir

Məlum olduqu kimi, Kanadada siyasi mühacir olaraq yaşayan Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) sözçüsü Saleh İldırım Bakıda səfərdədir.

Bu gün Saleh İldırım Milli Dirçəliş Hərəkatı Partiyasının Sədri, Millət Vəkili Fərəc Quliyev və MDHP Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəyli ilə MDHP-nin mərkəzi qərargahında görüşüb.

Görüş zamanı Güney Azərbaycanda son durum və milli hərəkatın qarşıdan gələn "iranda prezident seçkiləri"ndə hansı mövqe tutacaqı məsələləri, xaricdə fəaliyyət göstərən Güney Azərbaycan təşkilatları arasında iş birliyinin yaradılması formaları, MDHP, GAİP və bir çox Güney Azərbaycan təşkilatları ilə MDHP arasında əməkdaşlıq memorandumu imzalanması müzakirə olundu.

MDHP Mətbuat Xidməti.
Fərəc Quliyev: “Biz hakimiyyəti məqsəd bilmirik” - MÜSAHİBƏ
Fərəc Quliyev: “Biz hakimiyyəti məqsəd bilmirik” - MÜSAHİBƏ
-ATA bloku ilə əməkdaşlığınız hansı istiqamətləri özündə əks etdirəcək?

-Ümumiyyətlə, biz əməkdaşlıq edəndə yalnız Azərbaycanın milli maraqlarını prioritet götürürük və bu istiqamətdə də hər kəslə əməkdaşlığa hazırıq. Biz blok siyasətində yoxuq və bloklara qarışmırıq. Blok siyasətinə qarışmamaqda da əsas məqsədimiz odur ki, üzərimizə öhdəliklər götürməyək və sabah müttəfiq olacağımız partiyaların da hansısa mənfi davranışları olacaqsa, həmin davranışlar, yalnışların da şəriki olmayaq. Ancaq konkret şərtlər daxilində, seçki mühitinin demokratik olması, məntəqələrin təşkili, seçkilərə nəzarət məsələlərində əməkdaşlıq mümkündür. O mənada ATA blokunun rəhbərliyi tərəfindən edilən müraciətə biz müsbət yanaşdıq. Bununla bağlı bizim bir razılaşmamız var ki, seçki dönəmində əməkdaşlıq edək. Başqa təşkilatlarla da bu məsələdə əməkdaşlıq etməyə hazırıq. Ölkədə demokratik prinsiplərin üstün vəziyyətə gətirilməsi üçün daima çalışırıq ki, hər kəs təmərgüzləşmə aparsın. Ancaq o təşkilatlar və bloklarla bir yerdə olmayacağıq ki, onlar Azərbaycanın milli maraqlarına uyğun davranış nümayiş etdirmirlər, bir əlləri Rusiyada kiminsə cibindədir. Yaxud RATİ kimi təşkilatlarla bağlılıqları var, Abdulətifov kimi adamlarla əməkdaşlıq edirlər ki, o da guya Azərbaycanda ləzgi probleminin olması ilə bağlı bəyanatlar verir. Hüseyn Sadıqov kimi adamlarla əlaqədə olub Azərbaycanın milli maraqlarına zidd olan, Borçalıda yaşayan 500 min insanımızı risq altına qoyan açıqlamalar səsləndirirlər. Ölkəmizdə qarışıqlıq salmaq, bölücülük yaratmağa çalışanlara dəstək verənlərlə təbii ki, bir yerdə ola bilmərik.
Fərəc Quliyev:
Fərəc Quliyev: "Onların müxalifət adından danışmağa haqları yoxdur"
- İctimai Palatada təmsil olunmaqla bağlı təklif də almamısınız?

- Sözün açığı, İctimai Palataya ciddi əhəmiyyət vermirəm və bu təşkilatı da effektiv qurum saymıram. Mənim əsas fəaliyyətim parlamentdədir. Hesab edirəm ki, cəmiyyətin, vətəndaşların problemləri ilə xalqın seçdiyi millət vəkilləri, ali qanunverici orqan daha yaxşı məşğul ola bilər.
İctimai Palata bu tipli məsələlərlə məşğul ola bilməz. Daha konkret desəm, İctimai Palata - özünə uyğun olmayan fəaliyyət formaları ilə məşğul olanların toplaşmasıdır. Ümumiyyətlə, belə formatdakı fəaliyyət uğurlu deyil. Bütün insanların birgə fəaliyyət formalarına hörmətlə yanaşırıq. Lakin bir daha bildirirəm ki, İctimai Palatada təmsil olunmayacağıq.


-... Lakin belə iddialar var ki, siz müxalifətin adından danışa bilməzsiniz, çünki "real müxalifət" sayılmırsınız.

- Kimlərdənsə "sertifikat" almağıma ehtiyac görmürəm. Müxalifət düşərgəsində indi məni müxalifət saymayanlarla birgə fəaliyyət göstərdiyim vaxtlar vardı. Mən müxalifətdəki fəaliyyətimə görə həbs ediləndə bu adamlar millət vəkili mandatı almışdılar. Mən məhbəsdə, onlar parlamentdə olanda kimin müxalifət olduğu üzə çıxdı.
Cəmiyyətdəki problemlərə münasibətimiz, Milli Məclisdəki fəaliyyətimiz, mövqeyimiz və işlərimiz ortadadır. Yəni, mənim kiminsə dəyərləndirməsinə, qiymətinə və ya təqdirinə qətiyyən ehtiyacım yoxdur. Əslində onların müxalifət adından danışmağa ixtiyarları yoxdur. Biz isə fəaliyyətimizə davam edirik, öz yolumuzdayıq.
İctimai Palatada da bizim haqqımızda deyilənlər məni qətiyyən maraqlandırmır. Onların dediklərindən belə çıxır ki, hansı təşkilatlarda təmsil olunub yer alıblarsa, əsl müxalifət elə oradadır. Təbii ki, belə mövqe və yanaşma tərzi kökündən yanlışdır.
Millət vəkili İran ayətullahının açıqlamasını Azərbaycanın daxili işlərinə müdaxilə sayır
Millət vəkili İran ayətullahının açıqlamasını Azərbaycanın daxili işlərinə müdaxilə sayır
Ayətullah Şəbistəri Azərbaycan Respublikası rəsmilərinin bu ölkədə xalq etirazlarının genişlənməsinə zəmin yaratdığını deyib: "Sionist rejim və amerikalı ağaların razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan rəsmilərinin hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək".

Belə məzmunlu fikirlərin səsləndirilməsi müstəqil Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilə bilərmi?

Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, heç bir dövlətin müstəqil Azərbaycan Respublikasının yürütdüyü siyasətə qarışmağa haqqı yoxdur: "İran belə təəssübkeşlik etmək istəyirsə, yaxşı olar ki, özünün yürütdüyü siyasətə bir nəzər yetirsin. Onlar Ermənistanla bütün istiqamətlər üzrə ciddi əməkdaşlıq edir, başqa sözlə desək, həmin dövlətə verilən yeganə nəfəsliyi də İran açıb. Yalnız şiəlik deyil, ümmət təəssübkeşliyindən danışmaq istəyirlərsə, yenə də Azərbaycanda yaşayan müsəlmanlara qarşı döyüşən ermənilərə fərqli münasibət bəsləməlidirlər. Əslində, İran Azərbaycanın İsrail və ABŞ-la münasibətlərinə yersiz olaraq qısqanclıqla yanaşır. Çünki bizim adıçəkilən dövlətlərlə əməkdaşlığımızın İrana heç bir ziyanı ola bilməz. Ancaq İranın Ermənistanla münasibət qurmasının bizə böyük ziyanı var. Azərbaycanın işğal olunmuş ərazilərinin və Ermənistanın silahlandırılmasında İranın birbaşa iştirakı danılmazdır...
Fərəc Quliyev:
Fərəc Quliyev: "Ayrılan vəsait kommunal xərcləri ödəmək, aparatı saxlamağa belə yetmir"
- Fərəc bəy, qarşıdan prezident seçkiləri gəlir. Seçki öncəsi siyasi situasiyanı necə dəyərləndirirsiniz?
- Bizim ölkənin siyasi nəbzi təbii ki, Qarabağla vurur. Hər hansı bir sahədə irəliləyişlər olsun, problemlər olmasına baxmayaraq, Qarabağ probleminin həll olunmamış qalması təbii ki, siyasi proseslərə ciddi təsir göstərir. Çünki 20 faiz torpağımızın işğal altında olması, o deməkdir ki, biz potensialımızın 20 faizindən doğru-düzgün istifadə edə bilmirik. Yeraltı-yerustu sərvətlərimizdən yetərincə yararlanmırıq. Eyni zamanda 1 milyondan artıq soyadışımızın qaçqın və məcburi köçkün olması ölkə üçün böyük yükdür. Ancaq bütün bunlara baxmayaraq, bizim potensialımız imkan verir ki, indikindən daha yaxşı vəziyyətdə davranaq. Ən azından elə eləmək olar ki, münasibətlər sistemində bir dönüş yaransın. Bu dönüş barışığa söykənən, sabitliyə gətirib çıxaran səviyyəsində olmalıdır. Belə bir dönüşün olması siyasi münasibətlərin razborka səviyyəsinə deyil, masa arxasında, parlament səviyyəsində, bir-birini təhqir etmədən, bir-birinə hədə-qorxu gəlmədən ümumilkdə cəmiyyətin inkişafına töhfə verə bilər. Bu barışığın oturuşması üçün hakimiyyətdən də daha çox şey asılıdır. Hakimiyyət mexanizm tapmalıdır. Mən məsuliyyəti tək hakimiyyətin üzərinə qoymuram. Ancaq bu addımlar onlar tərəfindən atılmalıdır və cəmiyyətin hər bir hissəsi, siyasiləşmiş və siyasiləşməmiş hissəsi də məsuliyyətin onunda üzərində olduğunun fərqində olmalıdır. Çünki, ölkənin ümumilli məsələlərində "mənim", "sənin" yoxdur. Bu dövlət bir hakimiyyətə məxsus deyil. Dövlət özü bütövlükdə bizim məhsulumuzdur. Biz də dövlətin balalarıyıq. Bu dövlət babanın xidmətində bütün hər kəs durmalıdır...
Fərəc Quliyev: “Bu imperiya özündən əvvəlki imperiyaların taleyini yaşamağa məhkumdur”
Fərəc Quliyev: “Bu imperiya özündən əvvəlki imperiyaların taleyini yaşamağa məhkumdur”
- İran parlamentində “Türkmənçay müqaviləsi”nə yenidən baxılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibətiniz necədir?

- Əvvəla onu deyim ki, o deputatın dediyi bir fikirlə tamamən razıyam ki, pozulmuş hüquqlar mütləq bərpa olunacaqdır. Azərbaycan üçün ədalətli status-kvo tarixi-coğrafi ərazisində Bütöv Azərbaycandır. Bu müqavilə ilə bağlı məsələyə gəlincə, fars şovinizmi Azərbaycanın iradəsi olmadan Azərbaycan xalqının adından bir daha müqavilə bağlaya bilməyəcəkdir. Çünki ruslarla farslar Azərbaycan xalqının iradəsi olmadan bir müqavilə bağlamışdılar və ölkəmizi bölmüşdülər. Digər bir tərəfdən mənim parlamentdə ilk çıxışım “Türkmənçay müqaviləsi”nin qüvvədən düşməsinin tanınması haqqında oldu. Yəni, İran bu müqaviləyə yenidən baxmaq istəyir. Halbuki bu müqavilə yoxdur, qüvvədən düşübdür. Çünki Azərbaycanı bölərək ərazilərini öz tərkiblərinə qatan Rusiya və İran tərəfindən birisi artıq yoxdur. Rusiya imperiyası əvvəl çar Rusiyasına, sonradan qırmızı imperiyaya çevrildi. Onun işğal altına saxladığı ərazilərdə - Azərbaycan ərazilərində bir dövlət quruldu. Hazırda bu ərazilərin quzeyində Azərbaycan Respublikası mövcuddur və fəaliyyət göstərir. Ona görə də “Türkmənçay müqaviləsi” qüvvədən düşmüş sayılır. İndi İran tərəfi bu məsələdə çox əndişəlidir. Güney Azərbaycanda gedən proseslər, İranın nüvə silahı əldə etməsi ilə bağlı dünyanın ona göstərdiyi təpkilər, İran ətrafında həlqənin tamamən daralması, rəsmi Tehranın müttəfiqsizləşməsi, İranın de-fakto yeni şəkilləndirməsi ortaya çıxandan sonra onlar əl-ayağa düşübdülər...
Fərəc Quliyev: Milli hədəflərə daha qətiyyətlə yürümək ehtiyacı üzə çıxır.
Fərəc Quliyev: Milli hədəflərə daha qətiyyətlə yürümək ehtiyacı üzə çıxır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki,belə tədbirlər təkcə anım mərasimi deyil.Bu faciələri xatırlamaqla həm də Milli hədəflərə daha qətiyyətlə yürümək ehtiyacı üzə çıxır.Burada azyaşlı bir məktəblinin Bütöv Azərbaycan çagırışlı şer ifası məncə hər kəsi həm təsirləndirdi və həm də qürurlandırdı.Millət Vəkil bildirdi ki,baş vermiş belə faciələr milləti həm də daim sayıq olmağa çağırır.Bu gün işğal altında olan Şuşada Rusiyanın ,Ermənistanın və İranın birgə layihəsi olan Talışıstanın səsi radioosunun aşılması,Rusiyada RATİ-nin yaradılması,Rusiya ,İran tərəfdən başqa təhdidlər onu göstərir ki,millət olaraq sayıqliğı bir an itirsək və milli birliyimiz zədələnsə,düşmənlərimiz dərhal bu fürsətdən yararlanaraq bizə yeni faciələr yaşatmağa cəhd edərlər. Faciələr həm də o dərsi verdi ki,üstümüzə gələn düşmən etnik kimlik,din,siyasi mənsubiyyət fərqi qoymadan Azərbaycanımız üzərinə gəlir,o bizim Azərbaycan adlı gəmimizi batırmaq istəyir.Ona görə də bu gəminin sakinləri hamılıqla Azərbaycana sahib şıxmalı,ümummilli problemlərə qarşı vəhdətini saxlamalıdır,biz buna məhkumuq və borcluyuq .
Millət vəkili Fərəc Quliyev:-Şuşada talış dilində radionun yaradılması məsələsi dövlət səviyyəsində araşdırılmalıdır” - APA TV / VİDEO
Millət vəkili Fərəc Quliyev:-Şuşada talış dilində radionun yaradılması məsələsi dövlət səviyyəsində araşdırılmalıdır” - APA TV / VİDEO
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev isə Şuşada ermənilər tərəfindən yaradılan radionun təkcə Ermənistanın layihəsi olmadığını bildirib: “Rusiya münaqişələrin Qafqazda daim oturuşması üçün ya etnik zəmində, ya da ərazi məsələsində hər zaman problemlər yaradıb. Bu da Rusiyanın açıq təzyiqlərinin göstəricisi idi və göstərmək istəyirdilər ki, Azərbaycan Rusiya ilə hesablaşmalıdır. Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində geri çəkilməmək prinsipini əsas tutmasından sonra “Talış” radiosu adı altında Azərbaycanda qarşı bölücülük məqsədli tədbirlər seriyası düşünülür ki, bu da əlbəttə talışların iradəsi deyil".
AZƏRBAYCAN İSTEHKAMLARI ERMƏNİ MÖVQELƏRİNDƏN ÜSTÜNDÜR, YOXSA...
AZƏRBAYCAN İSTEHKAMLARI ERMƏNİ MÖVQELƏRİNDƏN ÜSTÜNDÜR, YOXSA...
Milli Məclisin üzvləri də vaxtaşırı səngərlərdə olur, əsgərlərimizin durumu ilə maraqlanırlar. Düzdür, adətən belə rəy formalaşır ki, nümayəndə heyətini normal təchizatı olan hərbi mövqelərə aparırlar və bu, real mənzərəni əks etdirmir. Ancaq əksini düşünənlər də var. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev də deyir ki, narahatçılıq üçün əsas yoxdur: “Mən ən ucqar yerlərdəki səngərlərimizdə olmuşam. Bizim istehkam qurğuları düşmənin istehkam qurğularından heç də zəif deyil. Həm normal təchizat var, həm də kifayət qədər də diqqət yetirilir. Mənim oğlum Sədərəkdəki yüksəkliklərdən birində xidmət edirdi, ən gedilməz yollarla ora çıxmaq olurdu. Amma kifayət qədər normal təchizat və təminat gördüm”. Ancaq F.Quliyev deyir ki, biz hücum qarşılamaq üçün yalnız səngəri düşünməməliyik: “Biz hücum edən tərəf olmalıyıq və təbii ki, qarşı tərəfin səngərləri öyrənilməlidir. Biz səngərlərdən çıxmağı da daha çox hücum taktikası ilə işləməyi bacarmalıyıq. Ona görə də səngərlərdən çox ordumuzun hücum məsələlərinə diqqət verməliyik”.
Fərəc Quliyev hökumətə dərs keçdi!
Fərəc Quliyev hökumətə dərs keçdi!
-Yaxın gələcəkdə Şirin Su Siyasəti enerji təhlükəsizliyi siyasətindən daha aktual olacaq.Hələ bu gün İsraillə Ərəblər arasındakı Holan yüksəklikləri davası əslində Hol gölü ugrunda savaşdir.Biz Şirin Su Siyasəti ilə bağlı üç istiqamətdə iş görməliyik.1.Çirkləndirilən (əsasən Ermənistan tərəfdən Araz-kür şayları)sularımızın qorunması.2.İşgalçı əlində olan su mənbələrinin (Sərsəng su anbarı)qurtarılması.Bunun üçün beynəlxalq ekoloji təşkilatları da hərəkətə gətirməliyik.Və 3.bölgələrdəki su mənbələrimizi qorumalı.Bakının su təhcizatı ilə baglı son proje nə qədər lazımlı olsa da hesab edirəm ki,su götürülən mənbələrin və ətraf mühitin taleyi yetərincə düşünülməmişdir.O bölgələrdə yaranmış və boyümə təhlükəsi olan fəsadların önlənməsi proqramı hazırlanmalıdır,bir sonrakı layihələrdə bu amil mütləq nəzərə alınmalıdır.
Siyasətçilər Eldar Namazovun «El»ini belə dəyərləndirdi:
Siyasətçilər Eldar Namazovun «El»ini belə dəyərləndirdi:
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev sözügedən məsələyə münasibət bildirərkən, Azərbaycanda hər kəs kimi özünün də millətin təşkilatlanmasına tərəfdar olduğunu bəyan edib. O, bütün hallarda konsolidasiyanın gözəl bir təşəbbüs olduğunu, rəhbərlik etdiyi partiyanın da belə addımları dəstəklədiyini bildirib. Millət vəkili bütün bu davranışlar zamanı Azərbaycanın milli maraqlarının, dövlət maraqlarının üstün tutulmasını vacib sayıb: “İstənilən toparlanma milli gücə güc qatmalıdır. Əgər o toparlanma milli gücümüzə güc qatmaq əvəzinə, bizim milli gücümüzü sarsıtmağa yönələcəksə, bilərəkdən, yaxud da bilməyərəkdən Azərbaycanda marağı olan və ölkəmizə dost olmayan dövlətlərin xeyrinə davranışlar ortaya qoyacaqdırsa, bu, məqsədəuyğun deyil. “El” adlı hərəkat da Azərbaycan dövlətinin, xalqının xidmətində duracaqsa, ona uğurlar arzulayacağıq. Yox, əgər bu təşkilat kiminsə sifarişi ilə Azərbaycanın milli maraqlarına əks mövqedə dayanacaqsa, mütləq qarşısında milli qüvvələri, o cümlədən bizi görəcək”.