FƏRƏC ULUSOY - 50 / Fotolent
FƏRƏC ULUSOY - 50 / Fotolent
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə geniş vüsət almış Xalq Cəbhəsi hərəkatının fallarından olmuş, Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri və Əbülfəz Elçibəyin birinci müavini kimi fəaliyyət göstərmiş, Azərbaycanın Müstəqillik aktının hazırlanmasında fəal iştirak etmiş, 1990-cı ildə Azərbaycanın Ali Sovetinə deputat seçilmiş, döyüşçü, 8 il siyasi məhbəs həyatı yaşamış, ölkə həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmamış, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi qanun yaradıcılığı işində səmərəli fəaliyyət göstərən, Milli Məclisin Türkiyə, Belçika, Qazaxıstan, Litva, Moldova, Rumıniya və Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri FƏRƏC İBRAHİM OĞLU QULİYEVİİN 22 dekabr 2012-ci ildə 50 illik yubiley tədbiri keçirilib.
FƏRƏC BƏYİN = 50 = və MDHP-nin = 10 = illik YUBİLEY tədbirində: Azərbaycan Parlamentindən, Qərbi Azərbaycandan, Güney Azərbaycandan, Borçalıdan, Dərbəntdən, Türk dünyası təşkilatlarından dəvətlilər iştirak ediblər.
FƏRƏC BƏYİN = 50 = və MDHP-nin = 10 = illik YUBİLEY tədbirindəki FOTOŞƏKİLLƏR:
DAVAM.AZ KOLLEKTİVİNİN TƏBRİK MESAJI
DAVAM.AZ KOLLEKTİVİNİN TƏBRİK MESAJI
… Nəhayət, onu sizə təqdim edirəm …
O, həkim…O, döyüşçü…O, Müstəqillik Aktını hazırlayan müəllif…O, idman ustası…O, MDHP başqanı…O, istiqlalçı, siqnator millət vəkili Fərəc Quliyevdir.
Bu insandan kifayət qədər ürək açıqlığı ilə danışa bilərəm. Çünki dediklərim həqiqətdir, faktdır, hətta ki, tarixdir. Bunların heç biri tərif deyil. Sadəcə çox qısa onun həyat yoluna ekskurs etdim. Bütün dediklərim isbata ehtiyacı olmayan aksiomadır. Gələcəyə inamla baxır, onun uğurlarının davamını gözləyirik.
Fərəc Quliyev indi həyatının 50-ci ilindədir. Yarıməsrlik həyatında peşmançılıq duyduğu gün yoxdur. Dilinin kaşkilərlə sarılı olmaması, onun keçmişini göstərdiyi kimi, gələciyini də görməyə əsas verir.
“İranın nə etməsindən asılı olmayaraq...” - MÜSAHİBƏ
“İranın nə etməsindən asılı olmayaraq...” - MÜSAHİBƏ
-Belə bir vəziyyətdə İran Azərbaycana qarşı yenidən radikallaşa və iki ölkə arasında sərin münasibətlər yarana bilərmi? Xüsusilə, seçki öncəsi İran Azərbaycana qarşı xüsusi planlardan istifadə edə bilərmi?
-Onsuzda İran-Azərbaycan münbasibətləri donmuş bir vəziyyətdədir, bundan sonra hansı sərinlik olacaq? İran-Azərbaycan münasibətləri buz halındadır və həmişə belə olub. Azərbaycan hansı formada davranmasından asılı olmayaraq İran onsuz da bizə qarşı düşmən münasibətdədir. Çünki bilir ki, Quzey Azərbaycanın ayaq üstə durması Güney Azərbaycandakı hərəkata pozitiv impuls verir. Quzey Azərbaycanın daima zəif qalması, çökməsində maraqlı olan İran bundan sonra nə sərinlik axtaracaq? Vəziyyət budur və bundan sonra da dəyişməyəcək. Artıq dünya İrana qarşı dayanıb və bu rejimi dəyişməyə hazırlaşır. Ona görə də açıq-aydın, qorxmadan belə həmin sanksiyalara qoşulmağın zamanıdır.
22 dekabr Fərəc Quliyevin ad günüdür. Millət vəkilini 50 illik yubileyi münasibətilə təbrik edirik.
22 dekabr Fərəc Quliyevin ad günüdür. Millət vəkilini 50 illik yubileyi münasibətilə təbrik edirik.
Fərəc Quliyev: "Həmişə demişəm ki, ermənilərlə danışığa ehtiyac yoxdur"

"Mən Milli Dirçəliş Hərəkatı Partiyasının mənafeyini və istəklərini ölkəmizin mənafeyi və istəklərinə uygunlaşdıraraq reallaşmasını istəmişəm. Fərdi şəkildə xoşbəxtliyi də millətin və dövlətin xöşbəxtliyi içində axtarmağın tərəfdarı olmuşam. Bu, bizim şuarımızdır. Azərbaycanda hər bir vətəndaş öz xoşbəxtliyini dövlətin içində axtarmalıdır" - Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev bildirib ki, ətrafında kasıb dövlətlər, dünyada terror varsa, hər hansı xoşbəxtlikdən danışmaq mümkün deyil: "11 sentyabr hadisələri də bunu sübut etdi. ABŞ kimi nəhəng dövlətdə böyük dağıntılar baş verdi. Bu mənada partiyalarnı fərdi şəkildə uğurları cəmiyyətin uğurlarına bağlıdır.
Suraxanı rayonunda cari ilin 9 ayına yekun vurulmuşdur. Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər.
Suraxanı rayonunda cari ilin 9 ayına yekun vurulmuşdur. Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər.
Tədbirdə Suraxanı rayonunda cari ilin 9 ayında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hesabat dövründə dövlət və yerli proqramlarının icrası Suraxanıda uğurla davam etdirilmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Suraxanı rayonu üçün nəzərdə tutulmuş 102 tədbirdən 31-i tam icra olunmuş, 47-nin icrasına başlanılmışdır. Rayon üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuşdur. Onlardan 37-si təhsil sahəsinə, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsinə aid tədbirlərdir.
Rayonun sənaye müəssisələri cari ilin 9 ayında 233,1 milyon manatlıq iş yerinə yetirmiş, artım 117 faiz təşkil etmişdir. Bir işçinin orta aylıq əmək haqqı 543 manata, sənayedə çalışan işçinin isə 689 manata çatmış, 1802 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
Rayonda 24 sahibkara 1 milyon 44 min manat məbləğində güzəştli kredit verilmişdir.

Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər.
Deputat xarici işlər nazirini parlamentə çağırmağı təklif edir
Deputat xarici işlər nazirini parlamentə çağırmağı təklif edir
“Media forum” saytının məlumatına görə, deputat qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr olur, amma Azərbaycan parlamenti ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələr keçirmir: “Biz dəfələrlə bunu təklif etmişik. Lakin təkliflərimiz nəzərə alınmır. Münaqişə ilə bağlı vahid mövqe yoxdur. Bir qrup deyir Azərbaycan icması ilə Dağlıq Qarabağda yaşayan erməni icması arasında danışıqlar aparılsın. Digərləri deyir ATƏT-in Minsk qrupu vasitəçiliyini davam etdirməlidir. Başqaları isə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların olmasını təklif edir. Başqa mövqelər də var. Ona görə də bu məsələdə koordinasiya olmalıdır, vahid mövqe formalaşdırılmalıdır. İşin koordinasiya olunması üçün daimi fəaliyyət göstərən bir komissiya formalaşdırılmalıdır. Heç olmasa beynəlxalq təşkilatların tədbirlərinə gedən deputatlar bir məsələ qaldıranda vahid mövqedən çıxış etsinlər.
Fərəc Quliyev:
Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""
Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""
... Var bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı..."


...Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur, var bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı. Həmin hərəkat olub, davam edib və Əbülfəz Elçibəyin liderliyi ilə Quzey Azərbaycanda müstəqil dövlət qurmaqla tamamlanıb. Bundan sonrakı dönəmdəki ikinci mərhələ Güney Azərbaycanın istiqlalıdır. Oradakı soydaşlarımızın fəallıqlarına baxmayaraq, biz də bu hərəkata öz dəstəyimizi verməliyik. Həmin nöqteyi-nəzərdən bu tədbirlər böyük əhəmiyyət kəsb edir. Biz Milli Dirçəliş Hərəkatı Partiyası departamentlik institutu yaratmışıq. Bu, Azərbaycanda analoqu olmayan təşkilatdır. Yəni partiyamızın Borçalı, Dərbənd, Qərbi Azərbaycan, Güney Azərbaycan, Bakı və Ətraf Kəndlər departamentləri fəaliyyət göstərir. Güney Azərbaycane departamenti bu gün (dünən) bu tədbiri təşkil etməklə, həm də təşkilaiımızın məsələlərə münasibətini ortaya qoyur. Bu, bütövləşmə yönümündə səy göstərən, qüvvələrlə, digər təşkilatlarla, fərdlərlə həmin istiqamətdə gələcəkdə də əməkdaşlığımızın olacağına dair mesajdır. Tam əminliklə deyirəm ki, bu gün (dünən) simvolik günü qeyd ediriksə, çox qısa zaman ərzində Güney Azərbaycanda da müstəqil dövlətin qurulacağını, bir müddət sonra isə Azərbaycanın bütövləşməsini qeyd edəcəyik.
Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR
Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR
… 50 yaşlı Fərəc Quliyev: «Mənasız keçən günüm olmadı»

Fərəc bəyin kövrək, həssas bir qəlbi var

Əslində, o, özü öz portretini çoxdan çizib, çoxdan sözünü deyib və millət, xalq yolunda xidmətləri danılmaz faktdır. O özü haqqında maraqlı bir fikir deyib: «Mən parlamentdən məhbəsə, məhbəsdən parlamentə yol keçmiş adamam. Mən Azərbaycan müstəqilliyinə səs verənlərdən biriyəm. Mən öz keçmişimlə fəxr edirəm». Sakit təbiətli, insanlara sayğı ilə yanaşan, hər kəsi dinləməyi sevən, özündən həm yaşca, həm başca kiçik olanların belə sözünü kəsmədən dinləmək bacarığı olan deputat Fərəc Quliyevi bir daha tanımaq istədim. Onun haqqında bu sətirləri yaza-yaza onu bir daha tanıdım, kəşf etdim. Bu gün Fərəc bəyin 50 yaşı tamam olur. 50 yaş indiki zəmanədə ömrün nə əvvəli, nə yarısı, nə də axırı sayılmır. Amma gənc yaşlarından xalq-millət üçün ağır, sıldırımlı yollarda yol daşlarıyla, yoldaşlarıyla yoldaşlıq edən Fərəc Quliyevin 50 illik ömrü bəlkə də, 150 ilə bərabərdir. Xalq hərəkatının öncüllərindən, milli-azadlıq hərəkatından zəfərlə çıxan liderlərdən biri olan Fərəc bəy məşəqqətli, amma bütün hallarda xalqın-millətin taleyi ilə bağlı olan bir ömür yaşayıb. Mən onu həbsdən əvvəlki fəaliyyətini çox az xatırlayıram. O zaman jurnalistikaya yeni gəlmişdim. Bir neçə ildən sonra eşitdim ki, Fərəc Quliyev həbs olunub.
“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO
“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO
Tədbirdə MDHP sədri, Millət Vəkili Fərəc Quliyev hakimiyyət dəyişikliyindən sonra Gürcüstanda soydaşlarımıza qarşı baş verən hücumların siyasi çalar daşıdığını diqqətə çatdırıb. “Mütəmadi olaraq biz hər zaman Gürcüstandakı soydaşlarımızın hüquqları ilə bağlı məsələ qaldırmışıq. Bizim Borçalı departamenti ordakı problemlərin həll ilə birbaşa məşğul olur. Baxmayaraq ki, vaxtilə bizim nümayəndəmizi öldürdülər və cinayətkarlar hələ də tapılmayıb. Rusiya Qafqazda böyük oyun oynamağa çalışır. Gah müxtəlif təşkilatlar yaradır, gah da ayrı-ayrı təşkilatlara dəstək durmaqla Qafqazda təxribat mənbələri yaradıb alovlandırır. Gürcüstanda məskunlaşan ermənilərdən fərqli olaraq azərbaycanlıların yaşadıqları ərazilər onların öz tarixi torpaqlarıdır. Amma Azərbaycan türkləri ermənilərdən fərqli olaraq heç bir zaman bölücülüyün daşıyıcısı olmayıb. Gürcüstandakı azərbaycan türklərini sıxışdırırlar, soydaşlarımız müəyyən təzyqilərlə üz-üzədir. Buna görə də onlara sahib çıxmaq lazımdır. Məndən olsa, ikili vətəndaşlıq məsələsinə qədər proseslərin üzərinə getmək mümkündür. Baxmayaraq ki, ən müxtəlif səbəblərdən bu, hələlik mümkün görünmür.” - deyə bildirib. Qeyd edək ki, Fərəc Quliyev parlamentin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvüdür.
Fərəc Quliyev bu ilin payız sesiyasında Milli Məclisdə təklif etdiyi yeni yanaşmanı İspaniya parlamentində, Qarabağ dinləmələrində İspaniya senatına da təqdim etdi.
Fərəc Quliyev bu ilin payız sesiyasında Milli Məclisdə təklif etdiyi yeni yanaşmanı İspaniya parlamentində, Qarabağ dinləmələrində İspaniya senatına da təqdim etdi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyevin çıxışı.

“Cənab Sədr, əvvəla mən İspaniya dövləti və dəyərli deputatlara təşəkkür edirəm ki, belə bir müzakirə təşkil edilib. Bu həm də onun göstəricisidir ki, dünyanın bir ailə kimi yaşamağa məhkum olmasını hamı qəbul edir və problemlərə də bir dövlətin problemləri kimi baxılmır. Biz Azərbaycan dövləti də məsələyə belə yanaşırıq. Biz xoşbəxtliyimizi ayrılıqda deyil, bəşəriyyətin xöşbəxtliyi içərisində axtarırıq. Ona görə hesab edirəm ki, Qarabağ münaqişəsi adlandırılan bu müharibə təkcə Azəbaycanın problemi deyil. MübarizəYeni Dünya Düzəni quranlarla, bunu istəməyənlər - şər üçbucağı arasında gedir.
MDHP Lideri Fərəc Quliyevin ŞKTC-nə səfəri davam edir.
MDHP Lideri Fərəc Quliyevin ŞKTC-nə səfəri davam edir.
ŞKTC -nin "istiqlal bayramı" tədbirlərinə dəvət olunan MDHP Lideri, Millət Vəkili Fərəc Quliyev səfər zamanında bir sıra tədbirlərdə iştirak etməklə yanaşı önəmli dövlət adamları ilə görüşlərdə keçirib..
MDHP sədri Fərəc.Quliyev bu gün səhər saat 8-də ADA TU-də canli yayimda çıxış edib.
Saat 10 da cumhur başkani sarayında Cumhurbaşkani Derviş Eroğlu ilə görüşüb:
"ŞKTC -nin istiqlal bayramı" münasbəti ilə Cumhurbaşqanını təbrik edən Fərəc bəy Türk dünyasının dərin inteqrasiyası məsələlərinə toxunmuş və Cumhurbaşkanına “YDD siyasətində Azərbaycanın yeri və rolu” kitabını təqdim edib.
Cumhurbaşkanı Dərviş Eroğlu Millət Vəkilinin dilləndirdiyi təklifləri dəstəklədiyini bildirib və Fərəc bəyə bayram hədiyyəsi ilə qarşılıq verib.
Fərəc Quliyevin Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibə  Türkiyə mətbuatında Şok etkisi yaratdi. Yüzdən çox Türkiyə mətbuat vasitəsi, televiziyalar bu müsahibəni yayimladı.
Fərəc Quliyevin Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibə Türkiyə mətbuatında Şok etkisi yaratdi. Yüzdən çox Türkiyə mətbuat vasitəsi, televiziyalar bu müsahibəni yayimladı.
Fərəc Quliyevin Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibə Türkiyə mətbuatında Şok etkisi yaratdi. Yüzdən çox Türkiyə mətbuat vasitəsi ,televiziyalar bu müsahibəni yayimladı-(həmin informasiya vasitələrinin linkləri aşağıda )

http://haber.sol.org.tr/devlet-ve-siyaset/azeri-vekil-pkkye-karsi-turkiyeyle-birlikte-savasmayi-onerdi-haberi-62133
http://salamnews.az/tr/news/read/36711/ferec-guliyev-azerbaycan-askerinin-tuumlrk-ordusu-ile-beraber-teroumlre-karshi-muumlcadele-etmesini-oumlnerdinbspnbsp/
http://www.turkiyegundemi.tv/HD142581_azeri-vekilden-pkk-ya-karsi-ilginc-oneri.html
http://www.yirmidorthaber.com/guncel/azeri-vekilden-pkkya-karsi-ilginc-oneri-h9100.html
http://haber.mynet.com/azeri-vekilden-pkkya-karsi-ilginc-oneri-660862-dunya/
http://www.imc-tv.com/haber-azerbaycan-milletvekili-siz-de-karabagda-savasirsiniz-5373.html
http://www.haber61.net/azerbaycandan-terorle-mucadeleye-destek-129665h.htm
http://ekhaber.net/pkkya-karsi-biz-de-asker-gonderelim.html
http://dunya.milliyet.com.tr/azeri-vekilden-pkk-ya-karsi-ilginc-oneri/dunya/dunyadetay/08.11.2012/1623947/default.htm (MİLLİYET QAZETESİ)
http://www.turkiyehavadis.com/azerbaycandan-pkkyla-mucadele-onerisi.html
http://onedio.com/haber/-pkk-ya-karsi-biz-de-asker-gonderelim--42401
http://wowturkey.com/forum/viewtopic.php?p=2893529
http://gundemotuzbes.com/15798-pkk_ile_mucadelede_gorulmemis_teklif
http://www.gunhanozisik.com/2012/11/azeri-vekil-pkkye-kars-turkiyeyle.html
http://dunya.bugun.com.tr/azerbaycan-dan-surpriz-pkk-teklifi-haberi/211290/
http://www.etikhaber.com/content/view/127818/48/
http://www.zaguda.net/haber/dunya/pkk8217ya-karsi-biz-de-asker-gonderelim/3604.html
http://www.gokgazete.com/can-azerbaycan’dan-pkkya-karsi-biz-de-asker-gonderelim-teklifi.html
http://www.gazeteci.tv/azeri-vekilden-pkkya-karsi-yeni-oneri-158662h.htm
http://www.hasulkuhaber.com/pkkya-karsi-biz-de-asker-gonderelim/
http://www.haber365.com/Haber/Azerbaycan_Askeri_PKK_Ile_Mucadele_Etsin/
http://www.yirmidorthaber.com/dunya/teror-orgutune-karsi-azerbaycan-askerleri-de-destek-versin-h9118.html
http://www.internetajans.com/haber/pkkya-karsi-biz-de-asker-gonderelim-haberi-17806h.html
http://www.habercorlu.com/haber/gundem/pkk8217ya-karsi-biz-de-asker-gonderelim/2636.html
http://www.sondakika.com/haber/haber-azerbaycan-dan-pkk-yla-mucadele-onerisi-4075496/
http://www.haber27.com/azeriler-de-pkkya-kars-savasmak-istiyor-94413h.htm
http://www.ardahanhaberi.com/haber/turkiye-genel_1/azerbaycan-ve-turkiye-ortak-ordu-kursun/3552.html
http://www.haberciniz.biz/azerbaycan-askeriyle-terorle-mucadele-1717778h.htm
http://www.haberevet.com/haber/20121109/655660/azerbaycan-dan-terore-karsi-birlik-teklifi.html
http://www.ensonhaber.com/azeri-vekilden-turkiyeye-pkk-onerisi-2012-11-08.html
http://www.halkinhabercisi.com/azeri-vekilden-pkk-onerisi
http://www.tumhaber.com.tr/HaberOku.php?haber_id=108748
http://www.habermolasi.com/haber/azerbaycan-dan-anlamli-cikis-/79012/
http://www.mersinim.net/gundem/azerbaycandan-ortak-ordu-onerisi-h6759.html
http://www.bursadabugun.com/haber/azeri-vekilden-ilginc-oneri-129380.html
http://www.ixhaberler.com/Default.asp?mxz=haber&hid=18815
http://www.dorukhaber.com/haber/guncel/pkk8217ya-karsi-biz-de-asker-gonderelim/1171.html
http://www.haberdesin.com/haber/dunya/azerbaycandan-pkk-onerisi
http://www.gunhanozisik.com/
http://www.merhabahaber.com/haber/83583/Azeri_vekilden_PKKya_karsi_ilginc_oneri.html
http://www.ozgundurus.com/Haber/Dunya/08112012/Azeri-Vekilden-sasirtan-oneri.php
http://www.haberkapital.com/dunya/azerbaycan-ve-tuerkiye-ortak-ordu-kursun.html
http://www.erzurumflas.com/azeri-vekilden-pkkya-karsi-oneri.html
http://www.gazete2023.com/haber/21445/azerbaycanli-vekil-turkiyeye-pkkya-karsi-birlikte-savasalim.html
http://www.eurogercek.de/haber/turkiye/pkk8217ya-karsi-biz-de-asker-gonderelim/1227.html
http://www.uzmancavus.org/haber/haber_1/azeri-vekilden-pkkya-karsi-ilginc-oneri/573.html
http://www.tumhaber.com.tr/HaberOku.php?haber_id=108915
http://www.genelhaber.net/azeri-vekilden-gorulmemis-teklif-101398h.htm
http://m.haber7.com/haberDetay.php?id=949388
http://www.personelkamu.net/haber-68244-Azeri-vekilden-PKK-icin-duyulmamis-teklif.html
http://www.aydinpost.com/azerbaycanli-milletvekilinden-ilginc-oneri-206731h.htm?interstitial=true
http://www.varsayilan.com/dunya/12518_azeri-vekilden-pkkya-karsi-ilginc-oneri.htm
http://haber.gazetevatan.com/pkkya-karsi-beraber-savasalim/491973/1/Gündem#.UJzfY1DdxwM
http://www.haberegir.com/etiket/-Ferec-Guliyev/
http://www.bodrumhaber.com/azeri-vekilden-turkiyeye-pkk-onerisi.html
http://www.turansesi.com/haber/azerbaycanli-milletvekilinden-oneri-08-kas-2012-1532-205.html
http://www.haberfedai.com/Kardes-Azerbaycandan-kahpe-PKKya-karsi-Yahsi-teklif.html
http://haber.stargazete.com/dunya/azerbaycan-ve-turkiye-ortak-ordu-kursun/haber-702745 (STAR QAZETESI)
http://www.sicakgundem.com/azeri-vekilden-pkk-ya-karsi-ilginc-oneri_104596.html
http://www.99haber.com/HD30182_pkk-ya-karsi-biz-de-asker-gonderelim.html
Gürcüstanda azərbaycanlılara basqınlar getdikcə artır
Gürcüstanda azərbaycanlılara basqınlar getdikcə artır
Məsələyə münasibət bildirən Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrpunun üzvü, millət vəkili Fərəc Quliyev bizimlə söhbətində vurğuladı ki, mütəmadi olaraq Gürcüstanda yaşayan soydaşlarımızdan şikayətlər alır. Artıq bu məsələni parlamentin qarşıdakı iclaslarından birində qaldırmaq niyyətindədir: "Azərbaycan qonşu ölkə olaraq hər zaman Gürcüstana ən yüksək səviyyədə yardım əli uzadıb. Tək bu ölkənin ərazisindən keçən kəmərlərə görə yüz milyonlarla dollar gəlir əldə edilir. Həmçinin Gürcüstan nə zaman enerji böhranı ilə üzləşibsə, Azərbaycan dərhal onun bu çətinliklərini aradan qaldırıb. Lakin biz qarşı tərəfdən adekvat münasibət görmürük. Gürcüstan sərhədlərin delimitasiyası məsələsində anlaşmaq istəmir, hətta bizim tarixi abidələrin mənimsənilməsinə də çalışır". Millət vəkilinin sözlərinə görə, Gürcüstandakı soydaşlarımıza daima çətinliklər yaradılır. Onlar torpaq islahatı, məktəb problemi, dövlət strukturlarında vəzifələr tutması ilə bağlı əngəllərlə qarşılaşırlar. Hətta Borçalı əhalisinin öndə gedən bir neçə nəfəri əvvəllər qətlə də yetirilib, bu cinayətlərin üstü isə açılmamış qalıb: "Orada yaşayan azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunması mövqeyindən çıxış edirlər. Lakin onların bu siyasi mövqeləri heç də gözlənilən münasibətlə qarşılaşmır...
Türkiyə və Azərbaycan arasında daha bir saziş. Tədbirdə MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin çıxışı. /VİDEO
Türkiyə və Azərbaycan arasında daha bir saziş. Tədbirdə MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin çıxışı. /VİDEO
Türkiyə Cumhuriyyəti “Qazilər” dərnəyi ilə Azərbaycan Respublikası “Veteran və qaziləri” birliyinin birgə fəaliyyət sazişi bu gün “Qafqaz Point” otelinin konfrans zalında imzalandı.

Tədbirdə ünlüformalı Türkiyə Cumhuriyyəti qaziləri və Azərbaycan Böyük Vətən Müharibəsi veteranları, Qarabağ qaziləri iştirak edirdi. Tədbirdə çıxış edən qazilər bu birliyin gənclər üçün önəmini vürğulayaraq Türk birliyi üçün ciddi mahiyyət daşıdığını bildirdilər.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev çıxış edərək Vətənin hər qarışının qorunması üçün canlarını fəda edən şəhidlərimizi və hər an şəhid olmaqlarını göz önünə alaraq döyüşən qazilərimizin nə qədər dəyərli vətənsevərlər olduğunu bildirdi.
FƏRƏC bəyin çıxışını DAVAM.AZ siz dəyərli oxucularımıza TƏQDİM EDİR...
MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.
MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.
Noyabrın 4-də MHP-nin 10-cu qurultayı keçirilib. Bu barədə məlumat verən MDHP Türk Dünyası Departamentinin nümayəndəsi Mehmet Akçay deyib ki, sabahın erkən saatlarından başlayaraq, qurultayın keçirildiyi “Arena” spor salonuna insan axını başlayıb. Türkiyə televiziyaları həmin salondan canlı yayın verib.

Xarici nümayəndə heyəti xüsusi avtobuslarla qurultay ərazisinə gətirilsə də, içəri keçmək çox çətin olub. Krım türklərinin əfsanəvi lideri Mustafa Cəmiloğlu və Milli Dirçəliş Hərəkatı Partiyası başqanı, Millət Vəkili Fərəc Quliyevin də içərisində olduğu dış türk nümayəndə heyəti böyük bir izdihamın içərisindən keçərək, salona daxil olublar. Açılışdan sonra qurultayın sədarəti seçilib. Qurultayı açan və aparan mərhum Başbuğ Alparslan Türkeşin oğlu Toğrul Türkeş coşğulu və təsirləndirici giriş nitqi yapıb. MHP-ni türk millətinin abidəsi adlandıran Toğrul Türkeş salondakıları salamlayarkən “Babamın partiyasına xoş gəldiniz”, cümləsini də işlədib.