F.Quliyev hesab edir ki, Türkiyə ilə viza rejimi dərhal aradan qaldırılmalıdır. "Əgər Polşa-Azərbaycan arasında diplomatik pasportu olanlara vizanın tətbiqinin aradan qaldırılması müzakirə edilirsə, Türkiyə ilə viza rejimi saxlamaq ayıbdır. Doğrudur, Polşa bizim müttəfiqimizdir. Amma di gəl ki, AVRONEST-in yığıncağında Polşanın ordakı nümayəndəsi ermənilər tərəfindən çıxış edirdi. Biz onunla orda az qala əlbəyaxa dava səviyyəsinə gəlib çıxdıq. Xəbərdarlıq etdim ki, Polşa-Azərbaycan münasibətlərinə kölgə salırsınız. Yəni Polşa ilə viza rejiminin qaldırılmasını müzakirə ediriksə, Türkiyə ilə viza rejiminin qalması doğru deyil".