Noyabrın 4-də MHP-nin 10-cu qurultayı keçirilib. Bu barədə məlumat verən MDHP Türk Dünyası Departamentinin nümayəndəsi Mehmet Akçay deyib ki, sabahın erkən saatlarından başlayaraq, qurultayın keçirildiyi “Arena” spor salonuna insan axını başlayıb. Türkiyə televiziyaları həmin salondan canlı yayın verib.
Xarici nümayəndə heyəti xüsusi avtobuslarla qurultay ərazisinə gətirilsə də, içəri keçmək çox çətin olub. Krım türklərinin əfsanəvi lideri Mustafa Cəmiloğlu və Milli Dirçəliş Hərəkatı Partiyası başqanı, Millət Vəkili Fərəc Quliyevin də içərisində olduğu dış türk nümayəndə heyəti böyük bir izdihamın içərisindən keçərək, salona daxil olublar. Açılışdan sonra qurultayın sədarəti seçilib. Qurultayı açan və aparan mərhum Başbuğ Alparslan Türkeşin oğlu Toğrul Türkeş coşğulu və təsirləndirici giriş nitqi yapıb. MHP-ni türk millətinin abidəsi adlandıran Toğrul Türkeş salondakıları salamlayarkən “Babamın partiyasına xoş gəldiniz”, cümləsini də işlədib.