Fərəc Quliyev: «İcazəli aksiyadan sui-istifadə etmək, ölkənin imicinə zərbə vurmaq düzgün deyil»
Fərəc Quliyev: «İcazəli aksiyadan sui-istifadə etmək, ölkənin imicinə zərbə vurmaq düzgün deyil»
...Əgər bu mitinqlər həqiqətən də Azərbaycanın ictimai rəyinə hesablanmışdısa, sosial sifariş idisə, o zaman nəyə görə iştirakçılar, əcnəbi dildə şüarların əks olunduğu plakatlara daha çox üstünlük veriblər? Çox primitiv, savadsız şəkildə hazırlanan belə şüarlara diqqət yetirəndə başqa maraqlı məqamlar da üzə çıxır. Məlum olur ki, əcnəbi dildəki şüarların mahiyyətini insanların hər hansı sosial problemi deyil, may ayında Azərbaycanda keçiriləcək “Eurovision” yarışmasına etirazlar təşkil edir. Bu da onu deməyə əsas verir ki, aksiya insanların təbii ehtiyacından irəli gəlməyib və yalnız "müxalifət" "lider"lərinin şəxsi maraqlarına hesablanıb. Onlar aksiyanı “Eurovision” mahnı müsabiqəsinin əleyhinə yönəltməklə, bir növ xarici ölkələrin diqyətini özlərinə cəmləyib, onlara mesaj göndəriblər. Bununla demək istəyiblər ki, guya biz də dünya «standartlarına» uyğun aksiyalar keçirməyi bacarırıq...