Fərəc Quliyev: “Biz hakimiyyəti məqsəd bilmirik” - MÜSAHİBƏ
Fərəc Quliyev: “Biz hakimiyyəti məqsəd bilmirik” - MÜSAHİBƏ
-ATA bloku ilə əməkdaşlığınız hansı istiqamətləri özündə əks etdirəcək?

-Ümumiyyətlə, biz əməkdaşlıq edəndə yalnız Azərbaycanın milli maraqlarını prioritet götürürük və bu istiqamətdə də hər kəslə əməkdaşlığa hazırıq. Biz blok siyasətində yoxuq və bloklara qarışmırıq. Blok siyasətinə qarışmamaqda da əsas məqsədimiz odur ki, üzərimizə öhdəliklər götürməyək və sabah müttəfiq olacağımız partiyaların da hansısa mənfi davranışları olacaqsa, həmin davranışlar, yalnışların da şəriki olmayaq. Ancaq konkret şərtlər daxilində, seçki mühitinin demokratik olması, məntəqələrin təşkili, seçkilərə nəzarət məsələlərində əməkdaşlıq mümkündür. O mənada ATA blokunun rəhbərliyi tərəfindən edilən müraciətə biz müsbət yanaşdıq. Bununla bağlı bizim bir razılaşmamız var ki, seçki dönəmində əməkdaşlıq edək. Başqa təşkilatlarla da bu məsələdə əməkdaşlıq etməyə hazırıq. Ölkədə demokratik prinsiplərin üstün vəziyyətə gətirilməsi üçün daima çalışırıq ki, hər kəs təmərgüzləşmə aparsın. Ancaq o təşkilatlar və bloklarla bir yerdə olmayacağıq ki, onlar Azərbaycanın milli maraqlarına uyğun davranış nümayiş etdirmirlər, bir əlləri Rusiyada kiminsə cibindədir. Yaxud RATİ kimi təşkilatlarla bağlılıqları var, Abdulətifov kimi adamlarla əməkdaşlıq edirlər ki, o da guya Azərbaycanda ləzgi probleminin olması ilə bağlı bəyanatlar verir. Hüseyn Sadıqov kimi adamlarla əlaqədə olub Azərbaycanın milli maraqlarına zidd olan, Borçalıda yaşayan 500 min insanımızı risq altına qoyan açıqlamalar səsləndirirlər. Ölkəmizdə qarışıqlıq salmaq, bölücülük yaratmağa çalışanlara dəstək verənlərlə təbii ki, bir yerdə ola bilmərik.
Fərəc Quliyev:
Fərəc Quliyev: "Onların müxalifət adından danışmağa haqları yoxdur"
- İctimai Palatada təmsil olunmaqla bağlı təklif də almamısınız?

- Sözün açığı, İctimai Palataya ciddi əhəmiyyət vermirəm və bu təşkilatı da effektiv qurum saymıram. Mənim əsas fəaliyyətim parlamentdədir. Hesab edirəm ki, cəmiyyətin, vətəndaşların problemləri ilə xalqın seçdiyi millət vəkilləri, ali qanunverici orqan daha yaxşı məşğul ola bilər.
İctimai Palata bu tipli məsələlərlə məşğul ola bilməz. Daha konkret desəm, İctimai Palata - özünə uyğun olmayan fəaliyyət formaları ilə məşğul olanların toplaşmasıdır. Ümumiyyətlə, belə formatdakı fəaliyyət uğurlu deyil. Bütün insanların birgə fəaliyyət formalarına hörmətlə yanaşırıq. Lakin bir daha bildirirəm ki, İctimai Palatada təmsil olunmayacağıq.


-... Lakin belə iddialar var ki, siz müxalifətin adından danışa bilməzsiniz, çünki "real müxalifət" sayılmırsınız.

- Kimlərdənsə "sertifikat" almağıma ehtiyac görmürəm. Müxalifət düşərgəsində indi məni müxalifət saymayanlarla birgə fəaliyyət göstərdiyim vaxtlar vardı. Mən müxalifətdəki fəaliyyətimə görə həbs ediləndə bu adamlar millət vəkili mandatı almışdılar. Mən məhbəsdə, onlar parlamentdə olanda kimin müxalifət olduğu üzə çıxdı.
Cəmiyyətdəki problemlərə münasibətimiz, Milli Məclisdəki fəaliyyətimiz, mövqeyimiz və işlərimiz ortadadır. Yəni, mənim kiminsə dəyərləndirməsinə, qiymətinə və ya təqdirinə qətiyyən ehtiyacım yoxdur. Əslində onların müxalifət adından danışmağa ixtiyarları yoxdur. Biz isə fəaliyyətimizə davam edirik, öz yolumuzdayıq.
İctimai Palatada da bizim haqqımızda deyilənlər məni qətiyyən maraqlandırmır. Onların dediklərindən belə çıxır ki, hansı təşkilatlarda təmsil olunub yer alıblarsa, əsl müxalifət elə oradadır. Təbii ki, belə mövqe və yanaşma tərzi kökündən yanlışdır.