28.10.2011-ci il tarixdə Milli məclisdə “sosial xidmət haqqında” Azərbaycan Respublikası qanununun muzakirəsində millət vəkili Fərəc Quliyevin çıxışı: “Bu qanun Azərbaycana mühacirət etmiş bütün Azərbaycan Türklərinə istisnasız şamil olunsun”. Heç kimə sirr deyil ki, Güney Azərbaycandan buraya gəlmiş insanların demək olar, hamısı ağır vəziyyətdədir. Onlara sahib cıxmaq, yardım etmək bizim borcumuzdur. Dünya azərbaycanlılarının qurultayında Azərbaycan Prezidentinin “Azərbaycan 50 milyonluq azərbaycanlıların vətənidir” ifadəsi millətə sahib cıxılmasında ciddi siyasi iradədir.
Maddə 3-ə bu əlavənin olunmasına maddə 2-nin və maddə 5-in muddəaları da imkan verir. Maddə 2-də deyilir: “Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir”.