“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO
“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO
Tədbirdə MDHP sədri, Millət Vəkili Fərəc Quliyev hakimiyyət dəyişikliyindən sonra Gürcüstanda soydaşlarımıza qarşı baş verən hücumların siyasi çalar daşıdığını diqqətə çatdırıb. “Mütəmadi olaraq biz hər zaman Gürcüstandakı soydaşlarımızın hüquqları ilə bağlı məsələ qaldırmışıq. Bizim Borçalı departamenti ordakı problemlərin həll ilə birbaşa məşğul olur. Baxmayaraq ki, vaxtilə bizim nümayəndəmizi öldürdülər və cinayətkarlar hələ də tapılmayıb. Rusiya Qafqazda böyük oyun oynamağa çalışır. Gah müxtəlif təşkilatlar yaradır, gah da ayrı-ayrı təşkilatlara dəstək durmaqla Qafqazda təxribat mənbələri yaradıb alovlandırır. Gürcüstanda məskunlaşan ermənilərdən fərqli olaraq azərbaycanlıların yaşadıqları ərazilər onların öz tarixi torpaqlarıdır. Amma Azərbaycan türkləri ermənilərdən fərqli olaraq heç bir zaman bölücülüyün daşıyıcısı olmayıb. Gürcüstandakı azərbaycan türklərini sıxışdırırlar, soydaşlarımız müəyyən təzyqilərlə üz-üzədir. Buna görə də onlara sahib çıxmaq lazımdır. Məndən olsa, ikili vətəndaşlıq məsələsinə qədər proseslərin üzərinə getmək mümkündür. Baxmayaraq ki, ən müxtəlif səbəblərdən bu, hələlik mümkün görünmür.” - deyə bildirib. Qeyd edək ki, Fərəc Quliyev parlamentin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvüdür.
Fərəc Quliyev bu ilin payız sesiyasında Milli Məclisdə təklif etdiyi yeni yanaşmanı İspaniya parlamentində, Qarabağ dinləmələrində İspaniya senatına da təqdim etdi.
Fərəc Quliyev bu ilin payız sesiyasında Milli Məclisdə təklif etdiyi yeni yanaşmanı İspaniya parlamentində, Qarabağ dinləmələrində İspaniya senatına da təqdim etdi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyevin çıxışı.

“Cənab Sədr, əvvəla mən İspaniya dövləti və dəyərli deputatlara təşəkkür edirəm ki, belə bir müzakirə təşkil edilib. Bu həm də onun göstəricisidir ki, dünyanın bir ailə kimi yaşamağa məhkum olmasını hamı qəbul edir və problemlərə də bir dövlətin problemləri kimi baxılmır. Biz Azərbaycan dövləti də məsələyə belə yanaşırıq. Biz xoşbəxtliyimizi ayrılıqda deyil, bəşəriyyətin xöşbəxtliyi içərisində axtarırıq. Ona görə hesab edirəm ki, Qarabağ münaqişəsi adlandırılan bu müharibə təkcə Azəbaycanın problemi deyil. MübarizəYeni Dünya Düzəni quranlarla, bunu istəməyənlər - şər üçbucağı arasında gedir.