Fərəc Quliyev:
Fərəc Quliyev: "Biz Azərbaycanı sivil yolla dəyişmək iddiasındayıq"
Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin sözlərinə görə, konstruktiv müxalifət partiyası olaraq onlar əsasən insan amilinə önəm verəcək: "Biz gerçək müxalifət təşkilatı olaraq milli-demokratik qüvvəyik. Ən azından son hadisələr bunu bir daha göstərdi. Adamlara, təşkilatlara, partiyalara mövqelərinə, əməllərinə görə qiymət verirlər. Kimsə götürüb özünə bir ad qoyursa, bu ona uyğun bir şey deyil ki. Hərə özünə bir təxəllüs götürə bilər. Hesab edirəm ki, bizim davranışımızla bizimlə bərabər hakimiyyətdə olmayan qüvvələrin mövqeyi aydın oldu. Yəni kim-kimdir və kim hardadır. Biz millətin yanında olan müxalifət təşkilatıyıq və eyni zamanda, hakimiyyətə müxalifətdəyik. Həmçinin, müxalif düşüncəmizi hakim etməkdə maraqlıyıq. Legitimliyi qazanmaq istəyirik və zehniyyətimizi iş başına gətirmək iddiasındayıq. Millətdən sızan, bulaq kimi qaynayan, çaylaşan, okeanlaşan düşüncənin hakim olmasını istəyirik. O düşüncə ki, mayasında millətə xidmət, insan amili dayanır. Ortasında bir insan amili olan, Azərbaycanı içinə alan, məhvərində azərbaycançılıq ideologiyası olan bir kəsimdən söhbət gedir. Ancaq digər təşkilatlar ki var, hansı ki, uzun müddət idi özlərini milli-demokratik düşərgə adlandırırdılar, başları Rusiyanın qoltuğundan çıxdı. Bu zaman milli demokratiklik olmadı ki. Unutmaq olmaz ki, hələ 20 Yanvar şəhidlərinin qanı qurumayıb. Belə olduğu halda, sözügedən düşərgənin təmsilçiləri Rusiyanın zehniyyətini Azərbaycana gətirmək istəyirlər. Özünü milli-demokratik düşərgə adlandıran həmin şəxslər Saakaşvili qədər olmadılar.
Bu seçkidə radikal və konstruktiv müxalifət namizədlərinin mübarizəsi necə gedəcək?
Bu seçkidə radikal və konstruktiv müxalifət namizədlərinin mübarizəsi necə gedəcək?
Prezidentliyə namizəd olan millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycanda olan müxalif qüvvələrin arasındakı fərqi cərəyan edən son proseslər açıq ortaya qoydu":Bir var Azərbaycanda hakimiyyətə müxalif olan və öz millətinə söykənən bizlər, bir də var xarici qüvvələrin əlində olan, öz dövlətinə qarşı müxalifətçilik edənlər. Milli-demokratik düşərgənin təmsilçisi olaraq biz hakimiyyəti idarə etməyə olan iddiamızı ortaya qoyacağıq. Hazırda hakimiyyətin buraxdığı bütün səhvlərə tənqidi yanaşacağıq və alternativ planlarımız haqda danışacağıq. Xaricdən maliyyələşərək, onlara uşaqlıq etmək istəyənlərlə polemika aparmaq fikrində deyiləm. Çünki həmin seçkinin mahiyyəti başqadır. Ancaq bu heç də o demək deyil ki, onların qabağından qaçmaq fikrimiz var".
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Prezidentliyə namizədliyi üçün imzaların toplanmasına maneələr yaradılır.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Prezidentliyə namizədliyi üçün imzaların toplanmasına maneələr yaradılır.
“Azərbaycan Respublikasının Seçki məcəlləsi”nin tələblərinə uyğun olaraq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyevin namizədliyinin qeydiyyata alınması üçün Ağdam rayon Üç oğlan kəndində imza toplayan MDHP üzvülərinə kəndin İcra Nümayəndəsi Əliyev Asif Səhrad oğlu tərəfindən müdaxilə edilərək, maneçilik törədilmişdir. İcra Nümayəndəsi səlahiyyət həddini aşaraq “məndən icazə almadan imza toplamaq qadağandır” deyə bildirmişdir.
İmza toplamaq üçün MDHP tərəfindən görəvləndirilmiş MDHP üzvüləri qanunun tələblərini izah etmələrinə və İmza toplamaq üçün təlimatı İcra Nümayəndəsinə göstərmələrinə baxmayaraq İcra Nümayəndəsi Asif Əliyev imza toplanmasına imkan verməyib.