Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir.
Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir.
Avronest Parlament Assambleyası - 29.05.2013 Plenar iclasın ikinci günü.

Avronest Parlament Assambleyasının plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyevin ,Vulnusda keçiriləcək sammitə təklifləri:

Təşəkkür edirəm, cənab sədr!

Hörmətli kolleqalar,Vulnusda keçiriləcək sammitə təkliflərimi nəzərinizə çatdırmaq istəyirəm. Əvvəla hamımız bilirik ki, Avronest Parlament Assambleyasının fəlsəfəsi əməkdaşlıqdırsa, əməkdaşlığın özünün hədəfi də təhlükəsizlikdir. Buraya iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyin qorunması və s. aiddir. Dünən cənab Fulenin konseptual bir çıxışı oldu və o, həm Aİ-nin prioritet və hədəflərini göstərdi və həm də Şərq tərəfdaşlarının Avropa təsisatlarından gözləntilərini soruşdu. Şərq tərəfdaşları təbii ki, əməkdaşlıqda maraqlıdır. Amma şərq tərəfdaşlarının yerləşdiyi bölgədə münaqişələr varsa və bu münaqişələr öz həllini tapmırsa hansı əməkdaşlıqdan danışmaq mümkündür? Bu yalnız işğal altında olan Şərq Tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinin işğaldan azad olunması müqabilində reallaşa bilər. BMT tərəfindən tanınmış sərhədlərə, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin sərhədlərinə hörmətlə yanaşılmalı və ümumi səylərlə Azərbaycan və Gürcüstanın pozulmuş ərazi bütövlüyü bərpa olunmalı, işğalçı ordular bu ölkələrin ərazilərindən çıxarılmalıdır.