Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki,belə tədbirlər təkcə anım mərasimi deyil.Bu faciələri xatırlamaqla həm də Milli hədəflərə daha qətiyyətlə yürümək ehtiyacı üzə çıxır.Burada azyaşlı bir məktəblinin Bütöv Azərbaycan çagırışlı şer ifası məncə hər kəsi həm təsirləndirdi və həm də qürurlandırdı.Millət Vəkil bildirdi ki,baş vermiş belə faciələr milləti həm də daim sayıq olmağa çağırır.Bu gün işğal altında olan Şuşada Rusiyanın ,Ermənistanın və İranın birgə layihəsi olan Talışıstanın səsi radioosunun aşılması,Rusiyada RATİ-nin yaradılması,Rusiya ,İran tərəfdən başqa təhdidlər onu göstərir ki,millət olaraq sayıqliğı bir an itirsək və milli birliyimiz zədələnsə,düşmənlərimiz dərhal bu fürsətdən yararlanaraq bizə yeni faciələr yaşatmağa cəhd edərlər. Faciələr həm də o dərsi verdi ki,üstümüzə gələn düşmən etnik kimlik,din,siyasi mənsubiyyət fərqi qoymadan Azərbaycanımız üzərinə gəlir,o bizim Azərbaycan adlı gəmimizi batırmaq istəyir.Ona görə də bu gəminin sakinləri hamılıqla Azərbaycana sahib şıxmalı,ümummilli problemlərə qarşı vəhdətini saxlamalıdır,biz buna məhkumuq və borcluyuq .