Hörmətli sədr, hörmətli həmkarlar, mən Parlamentdə təmsil olunan Milli Dircəliş Hərəkatı partiyasının sədri və Avronest parlament Assambleyasının üzvü kimi bəyan edirəm ki,
Avropa parlamenti tərəfindən bu ilin may ayında Azərbaycana qarşı qəbul olunan qətnamə, qəbul olunduğu şərait və tərkibdən də görünür ki, Avropa parlamentinin deyil, erməni lobbisinin təsiri altında olan kiçik bir parlamentarilər qrupunun iradəsidir.