- Fərəc bəy, qarşıdan prezident seçkiləri gəlir. Seçki öncəsi siyasi situasiyanı necə dəyərləndirirsiniz?
- Bizim ölkənin siyasi nəbzi təbii ki, Qarabağla vurur. Hər hansı bir sahədə irəliləyişlər olsun, problemlər olmasına baxmayaraq, Qarabağ probleminin həll olunmamış qalması təbii ki, siyasi proseslərə ciddi təsir göstərir. Çünki 20 faiz torpağımızın işğal altında olması, o deməkdir ki, biz potensialımızın 20 faizindən doğru-düzgün istifadə edə bilmirik. Yeraltı-yerustu sərvətlərimizdən yetərincə yararlanmırıq. Eyni zamanda 1 milyondan artıq soyadışımızın qaçqın və məcburi köçkün olması ölkə üçün böyük yükdür. Ancaq bütün bunlara baxmayaraq, bizim potensialımız imkan verir ki, indikindən daha yaxşı vəziyyətdə davranaq. Ən azından elə eləmək olar ki, münasibətlər sistemində bir dönüş yaransın. Bu dönüş barışığa söykənən, sabitliyə gətirib çıxaran səviyyəsində olmalıdır. Belə bir dönüşün olması siyasi münasibətlərin razborka səviyyəsinə deyil, masa arxasında, parlament səviyyəsində, bir-birini təhqir etmədən, bir-birinə hədə-qorxu gəlmədən ümumilkdə cəmiyyətin inkişafına töhfə verə bilər. Bu barışığın oturuşması üçün hakimiyyətdən də daha çox şey asılıdır. Hakimiyyət mexanizm tapmalıdır. Mən məsuliyyəti tək hakimiyyətin üzərinə qoymuram. Ancaq bu addımlar onlar tərəfindən atılmalıdır və cəmiyyətin hər bir hissəsi, siyasiləşmiş və siyasiləşməmiş hissəsi də məsuliyyətin onunda üzərində olduğunun fərqində olmalıdır. Çünki, ölkənin ümumilli məsələlərində "mənim", "sənin" yoxdur. Bu dövlət bir hakimiyyətə məxsus deyil. Dövlət özü bütövlükdə bizim məhsulumuzdur. Biz də dövlətin balalarıyıq. Bu dövlət babanın xidmətində bütün hər kəs durmalıdır...