...Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub. Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir. Ölkəmiz 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Biz NATO-nun fəaliyyətində vəziyyətə uygun olaraq müəyyən transformasiya siyasətinin zamaz-zaman şahidi olmuşuq...