Fərəc Quliyev Şərq Tərəftaşlığı Proqramında Azərbaycanın milli mövqeyini təqdim edib -video.
Fərəc Quliyev Şərq Tərəftaşlığı Proqramında Azərbaycanın milli mövqeyini təqdim edib -video.
"Qarabağ məsələsinə dünya susduğu üçün, Ukrayna məsləsi meydana çıxdı"

Milli Dirçəliş Hərəkatı Partiysının sədri, millət vəkili Fərəc Quliyev İctimai Televiziyanın "Ortaq Məxrəc" verilişində qonaq olub. "Şərq Tərəfdaşlığı Proqramı və Azərbaycan" mövzusuna həsr edilmiş verilişdə partiya sədri Şərq Tərəftaşlığı Proqramında Azərbaycanın milli mövqeyini təqdim edib. Fərəc Quliyev beynəlxalq qanunlar və Avropa təcrübəsinə uyğun olaraq əsaslandırıb ki, bu proqram çərçivəsində Azərbaycan ilə Ermənistana bərabər tərəf kimi baxıla bilməz. Millət vəkili qeyd edib ki, bu əsaslanmanı vaxtiylə Avropa İttifaqının prezidentinə də təqdim edib.
Fərəc Quliyevin həmin verilişdəki nitqinin videoyazısını təqdim edirik:
Fərəc Quliyev:
Fərəc Quliyev: "Anladılar ki, ortalıqda Azərbaycan insanının itirilmiş torpaqlara qayıtması istiqamətində ciddi iradəsi var"
Millət vəkili Fərəc Quliyev qeyd etdi ki, gəlmə ermənilərin işğal olunmuş torpaqları tərk etməyə başlaması gerçək vəziyyəti anlamalarının nəticəsidir: "İşğal olunmuş torpaqlarımıza gəlmələr, onsuz da bir vaxtlar buranı tərk etməlidirlər. Ümumiyyətlə, aborigen xalq olmayan bu insanlar ya özlərini qonaq kimi aparmağı bacarmalı idilər, ya da gəmidə oturub, gəmiçi ilə dalaşacaqlarsa, onlar aydın məsələdir ki, gəmini tərk etməlidirlər. Kənardan, Suriya və başqa ölkələrdən gətirilən yeni kontingentə gəldikdə, onlar aldadılmış, müəyyən vədlərə şirniklənən adamlardır. Bu adamlar da gerçək vəziyyəti gördükdən sonra anlayır ki, gəldikləri yer başqasının torpaqlarıdır. Həmçinin, anladılar ki, ortalıqda Azərbaycan insanının itirilmiş torpaqlara qayıtması istiqamətində ciddi iradəsi vardır. Başa düşdülər ki, Azərbaycan insanı torpaqlarına sahib çıxacaq. Onları Dağlıq Qarabağa gətirərək, qanunsuz olaraq orada yerləşdirənlər isə Azərbaycan deyil, işğalçı dövlətdir. Zərrə qədər ağlı olan adamlar o cür davranaraq, qanunsuz olaraq məskunlaşdıqları əraziləri tərk edər. Hesab edirəm ki, günün birində onlar mütləq bu əraziləri tamamilə tərk edəcəklər. Amma qalıb yaşasalar, müharibədən sonra Azərbaycan qanunlarına uyğun olaraq onların statusuna baxıla bilər. Əlbəttə, bu sonranın işidir.Hər halda, son hadisələr fonunda işğal olunmuş ərazilərimizdə qanunsuz olaraq yerləşdirilən xaricdən olan ermənilərin indi oranı tərk etməyə başlamaları onu göstərir ki, Ermənistan tərəfi, Dağlıq Qarabağdakı terrorçu rejim və ora gətirilən ermənilər də gerçək vəziyyəti anlayır və vəziyyət artıq aydın olduğu üçün işğal olunmuş torpaqlarımızı tərk edirlər".
“Leyla Yunus Azərbaycanda yaşayıb, buranın çörəyini yeyirsə...”
“Leyla Yunus Azərbaycanda yaşayıb, buranın çörəyini yeyirsə...”
“Azərbaycan bir gəmidir. Batarsa, hamımız məhv olarıq. Dövlət olmazsa, nə iqtidar, nə müxalifət, nə də QHT-lər olar. 1991-ci ildə müstəqillik qazandıq. 70 il idi ki, boyunduruqda yaşayırdıq. Biz ölkəmizin imicini yüksəltmək üçün müəyyən tədbirlər görməyə, Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmağa çalışdığımızda kənardan düşmənlərimizin, bizi sevməyən xarici qüvvələrə bağlı olan təşkilatların buna kölgə salmağı gözləniləndir. Ancaq Azərbaycanın çörəyini yeyib, burada böyüyüb boya-başa çatan bir insanın ölkəmizin imicinə xələl gətirəcək hər hansı bir addımı nəinki qınanmalı, bununla bağlı konkret mövqe ortaya qoyulmalıdır. Ölkənin taleyi orada yaşayan vətəndaşların taleyidir. İnsanlar öz xoşbəxtliyini ölkəsinin xoşbəxtliyi içərisində axtarmalıdır. Hər bir insan, düşünmədən, öz şəxsi maraqlarını ölkə maraqlarına qurban verməyi bacarmalıdır”.
Fərəc Quliyev:
Fərəc Quliyev: "NATO standartlarına uyğun mobil və çevik ordu qurmaq lazımdır”
Bununla bağlı açıqlama verən millət vəkili Fərəc Quliyev mobil ordu formalaşdırmağın zəruri olduğunu vurğulayıb: "Azərbaycanda ordu NATO standartlarına uyğun şəkildə təşkil edilir. Bizim həm hərbi-sənaye kompleksimiz, həm də ordu təminatımız NATO sisteminə uyğunlaşdırılır. Çevik və mobil ordu sistemi normal sistemdir.
Ordunun azaldılmasının bu məsələyə aidiyyatı yoxdur. Dinc dövrdə, müharibə aktiv fazada olmayanda bunu mobil şəkildə, az sayda saxlamaq olar. Amma müharibə şəraitində onsuz da səfərbərlik olur və ehtiyatda olan şəxslər də orduya cəlb olunur. Zahid bəylə tamamilə razıyam və hesab edirəm ki, NATO standartlarına uyğun mobil və çevik ordu qurmaq lazımdır”.