Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev hesab edir ki, Gürcüstandan, eləcə də dünyanın müxtəlif yerlərindən ölkəmizə gələnlərlə soydaşlarımız arasında bir fərq olmalıdır:
“Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışam. Ən azından, bu miqrasiya məsələlərində müəyyən yol tapmalıyıq ki, Gürcüstanda yaşayan soydaşlarımız başqa yerdən gələn miqrantlarla eyni statusda olmasınlar. Biz bu istiqamətdə müəyyən qaydalar tətbiq etməliyik ki, onlara güzəşt olunsun. Amma, hələlik, icra orqanları qanunlara uyğun hərəkət edirlərsə, burada qanunsuz bir hərəkət yoxdur. Mən də hesab edirəm ki, Gürcüstandan, eləcə də, dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn soydaşlarımıza münasibətlə digərləri arasında bir fərq olmalıdır. Bunun bir yolunu tapmaq lazımdır”.